Redikül müxalifət yenə uduzdu
08.08.2024 [11:21]
Boykot taktikası iflasa uğrayıb
Ölkəmizdəki redikül müxalifət düşərgəsinin təmsilçilərinin hər mühüm tədbir ərəfəsində pozuculuq əməllərinə əl atdıqları, qarayaxma kampaniyaları apardıqları hər kəsə bəllidir. Onlar özlərinin pis ənənələrini respublikamızda cari il sentyabın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində də davam etdirməyə uğursuz cəhdlər göstərirlər.
Belə cəhdlərdən biri özünü rediküllərin lideri adlandıran AXCP sədri Əli Kərimlinin seçki marafonu başlayanda boykot səslənməsi ilə çıxış etməsi oldu. Əvvəla onu qeyd edək ki, başlanğıcda rediküllərin heç də hamısı Əli Kərimlinin səslənməsinə “hə” demirdi. AXCP-nin Ali Məclisi toplaşanda Əli Kərimlinin bəzi çiyindaşları onun təklifini geri çevirməyə özlərində cəsarət tapmışdılar. Onlar bildirirdilər ki, illərini AXCP-nin sıralarında keçiriblər və böyük siyasətə gəlmək arzusundadırlar. Lakin etirazçı kəsim qarşısında Əli Kərimlinin sərt üzünü gördü və geri çəkilib boykot çağırışına qoşulmaq məcburiyyətində qaldı.
Əslində, hansısa seçkidə iştirak etməmək hər hansı bir siyasi partiya üçün son, süqut, iflas deməkdir. Ayrı-ayrı ölkələrin təcrübəsindən də bəllidir ki, siyasi partiyaların gücü, cəmiyyətdəki mövqeyi məhz seçki marafonunda üzə çıxır. Qarşısına seçkilərə qatılmaq və mandat almaq hədəfi qoyan partiyalar davamlı şəkildə fəaliyyətdə olurlar, yerlərdə insanlarla, cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyət quraraq onların inamını qazanmağa çalışırlar. Ölkəmizdəki rediküllər düşərgəsi isə belə məzmunlu siyasi fəaliyyətdən tamamilə uzaqdır. Əli Kərimlinin niyə boykota çağırış etməsinin motivləri də bəllidir. Bu gün Azərbaycan cəmiyyətində Əli Kərimlinin Qənimət Zahidin, filankəs O.qızının internet kanalları üzərindən söylədiyi nağıllara inanan yoxdur. Bu şəxs təxminən otuz ildir ki, AXCP sıralarındadır. “Fəaliyyəti” dövründə isə yalnız qalmaqallarla gündəmə gəlib. Təbii ki, belə birisinin rəhbərlik etdiyi partiya və bütövlükdə redikül kəsim sosial baza qazana bilməz. Əli Kərimlini və onunla həmrəy olan redikülləri seçkilərdən kənar durmağa vadar edən əsas səbəb də məhz sosial baza qıtlığıdır. Bu gün redikül düşərgədə barmaqla sayılacaq qədər az adam var. Əqidəli insanlar Əli Kərimlinin yaramaz əməllərini zamanında dəyərləndirərək onun yanından uzaqlaşıblar.
Ölkəmizdə seçki marafonu uğurla irəlilədikcə Əli Kərimlinin boykot çağırışının iflasa uğradığının, bütövlükdə rediküllərin növbəti dəfə uduzduqlarının şahidi oluruq. Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi statistikadan aydın şəkildə görünür ki, qarşıdan gələn seçkilərə Azərbaycan cəmiyyətində, o cümlədən də siyasi partiyalarda böyük maraq var və seçkilər ciddi rəqabət mühitində keçəcək. İndiyədək 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, 287 namizəd 24 siyasi partiyanı təmsil edir. Qeyd edək ki, seçkilərdə iştirak edən partiyalardan 10-nun sədri öz istəyinə uyğun olaraq namizədliyini irəli sürməyib. O cümlədən Müsavat Partiyasının sədri İsa Qəmbər, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov seçkilərdə namizəd olmayıblar. Bir sıra partiyalar isə seçkilərə həm sədrlərin, həm də digər üzvlərin namizədliyi ilə gedirlər. Məsələn, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin namizədliyi qeydə alınıb. O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəddir. AG Partiyasının sədri Tural Abbaslının 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülüb və partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə təqdim edilib. Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə 116 saylı Qəbələ seçki dairəsindən namizəddir. Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyi qeydə alınıb. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi qeydə alınıb. Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə İmişli seçki dairəsindən namizədliyini irəli sürüb. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə və REAL Partiyasının sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəddirlər. ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev isə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizədliyini irəli sürüb. Partiya sədrinə artıq namizədlik vəsiqəsi təqdim edilib.
Rediküllərin boykot çağırışının iflasa uğraması, əksər siyasi partiyaların seçki marafonuna qoşulması bütövlükdə cəmiyyətimizdə demokratikləşmə prosesinə inamın artmasının təzahürüdür. Aparılan islahatların nəticəsi olaraq respublikamızda yeni keyfiyyətdə siyasi konfiqurasiya formalaşıb. O cümlədən partiyaların yenidən qeydiyyata alınması ilə onların daha məhsuldar fəaliyyətləri təmin olunub. Son seçkilər təsdiqləyir ki, ölkəmizdə inklüziv, kifayət qədər rəqabətli seçki mühiti var və siyasi partiyalar bu fürsətdən istifadə etməyə çalışırlar. Xatırladaq ki, 2015-ci ildə baş tutan parlament seçkilərində 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb. 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün rekord sayda - 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınıb, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olublar.
Təqdim olunan statistika özlüyündə ölkəmizdə bərqərar olan demokratik mühitin bir göstəricisidir. Seçki marafonunun hazırkı mərhələdə gedişi onu deməyə əsas verir ki, Azərbaycan sentyabrın 1-də müstəqillik tarixində ən uğurlu seçkilərindən birini keçirəcək. Məğlubiyyət acısı yaşamaq isə rediküllərin alın yazısıdır. Çiyindaşları üçün bu yolu Əli Kərimli seçib və onlar bu yolda həmişə uğursuzluqlara düçar olacaqlar...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Sentyabr 23:44
Mədəniyyət
11 Sentyabr 23:30
Sosial
11 Sentyabr 23:13
Daxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55
Elm
11 Sentyabr 21:45
Xəbər lenti
11 Sentyabr 21:30
İdman
11 Sentyabr 21:20
Mədəniyyət
11 Sentyabr 21:15
Xəbər lenti
11 Sentyabr 21:00
İqtisadiyyat
11 Sentyabr 20:36
Siyasət
11 Sentyabr 20:00
Siyasət
11 Sentyabr 19:41
Sosial
11 Sentyabr 19:15
Siyasət
11 Sentyabr 18:49
Siyasət
11 Sentyabr 18:20
Dünya
11 Sentyabr 18:18
Dünya
11 Sentyabr 18:15
Sosial
11 Sentyabr 18:06
YAP xəbərləri
11 Sentyabr 18:00
YAP xəbərləri
11 Sentyabr 17:55
Sosial
11 Sentyabr 17:35
Xəbər lenti
11 Sentyabr 16:56
Turizm
11 Sentyabr 16:50
İdman
11 Sentyabr 16:44
Sosial
11 Sentyabr 16:40
Elm
11 Sentyabr 16:31
Sosial
11 Sentyabr 16:09
Dünya
11 Sentyabr 16:09
YAP xəbərləri
11 Sentyabr 16:08
YAP xəbərləri
11 Sentyabr 16:06
İdman
11 Sentyabr 16:04
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:57
YAP xəbərləri
11 Sentyabr 15:56
YAP xəbərləri
11 Sentyabr 15:53
YAP xəbərləri
11 Sentyabr 15:51
Sosial
11 Sentyabr 15:48
Sosial
11 Sentyabr 15:40
Elm
11 Sentyabr 15:10
Gündəm
11 Sentyabr 15:07
Sosial
11 Sentyabr 14:42
Sosial
11 Sentyabr 14:37
Sosial
11 Sentyabr 13:29
İqtisadiyyat
11 Sentyabr 12:59
YAP xəbərləri
11 Sentyabr 12:56
Dünya
11 Sentyabr 12:18
Hərbi
11 Sentyabr 12:16
Sosial
11 Sentyabr 12:15
Mədəniyyət
11 Sentyabr 12:14
Dünya
11 Sentyabr 12:13
Mədəniyyət
11 Sentyabr 11:59
Dünya
11 Sentyabr 11:51
Sosial
11 Sentyabr 11:48
Dünya
11 Sentyabr 11:47
Dünya
11 Sentyabr 11:46
Siyasət
11 Sentyabr 11:45
YAP xəbərləri
11 Sentyabr 11:41
YAP xəbərləri
11 Sentyabr 11:40
Elm
11 Sentyabr 11:38
Sosial
11 Sentyabr 11:37
İqtisadiyyat
11 Sentyabr 11:36
Sosial
11 Sentyabr 11:35
İqtisadiyyat
11 Sentyabr 11:34
Hərbi
11 Sentyabr 11:31
Sosial
11 Sentyabr 11:24
Siyasət
11 Sentyabr 11:24