Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 8 saylı Binəqədi birinci Seçki Dairəsində 453 nəfər ilk dəfə səs verəcək

8 saylı Binəqədi birinci Seçki Dairəsində 453 nəfər ilk dəfə səs verəcək

26.08.2024 [10:21]

“8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə 37-si daimi, 1-i isə müvəqqəti olmaqla 38 seçki məntəqəsi fəaliyyət göstərir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasının (DSK) sədri Natiq Əliyev deyib. DSK sədri bildirib ki, seçki dairəsi üzrə 48 min 470 seçici qeydə alınıb: “Onların 44 faizini kişilər, 56 faizini isə qadınlar təşkil edir. Seçicilərin 874 nəfəri 80-100 yaşlı şəxslər, 453 nəfəri isə ilk dəfə səs verəcək gənclərdir”.

Natiq Əliyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 15 nəfərdən 11-nin namizədliyi qeydə alınıb. O əlavə edib ki, beynəlxalq müşahidələrlə DSK-da görüş olub.

“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Dairənin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib və elektrik generatorları işlək vəziyyətdədir”, - deyə DSK sədri əlavə edib.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dünya

ABŞ-da debat gecəsi...

12 Sentyabr 09:14

Dünya

Fransa şokda...

12 Sentyabr 09:10  

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30