Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ANAMA nümayəndə heyətinin NATO mənzil-qərargahına rəsmi səfəri başlayıb

ANAMA nümayəndə heyətinin NATO mənzil-qərargahına rəsmi səfəri başlayıb

23.09.2024 [21:30]

Bu gün Azərbaycan nümayəndə heyətinin Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərliyi ilə NATO mənzil-qərargahına rəsmi səfəri başlayıb.

Yeniazerbaycan.com xəbər verir ki, səfərin ilk günündə ANAMA nümayəndələri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi Alyansın Lüksemburqda yerləşən Təchizat və Dəstək Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək Bölməsinin rəhbəri Orxan Muratlı və digər rəsmilərlə ikitərəfli görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanın üzləşdiyi mina problemi və problemin həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib.

Tərəflər, eyni zamanda, humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsini də geniş şəkildə müzakirə ediblər.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31