“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
30.09.2024 [12:24]
Korporativ sosial məsuliyyət prinsipinə sadiq qalan və BMT Qlobal Sazişinin üzvü olan “Nar” Nyu-Yorkda keçirilən BMT Qlobal Sazişinin “Liderlər Zirvəsi”ndə təmsil olunub. Tədbirdə iştirak “Nar”ın davamlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə olan sadiqliyini vurğulayır.
Ölkəmiz üçün xüsusi önəm daşıyan COP29 tədbiri ərəfəsində keçirilən zirvə qlobal iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində özəl sektorun roluna dair müzakirələr üçün mühüm platforma təqdim edib. “Nar” burada ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının icrası ilə bağlı faydalı təcrübələr əldə edib və qarşıdakı tədbirlərdə bu sahədəki fəaliyyətlərini daha da genişləndirmək üçün imkanlar qazanıb.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova zirvə çərçivəsində inklüzivlik və sosial məsuliyyət mövzularında çıxış edərək bildirib: “Biz sosial məsuliyyəti ön planda tutan bir şirkət olaraq, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və iş mühitinə inteqrasiyasını dəstəkləyən layihələr həyata keçiririk. Bu, həm bərabərlik və inklüzivliyə töhfə verir, həm də cəmiyyətin müxtəlif təbəqələrinin inkişafına dəstək olmağa imkan yaradır. BMT Qlobal Sazişinin “Liderlər Zirvəsi”ndə iştirakımız bu istiqamətdəki səylərimizi daha da gücləndirir”.
Qeyd edək ki, “Nar” yerli telekommunikasiya sektorundan BMT Qlobal Sazişinə qoşulan ilk şirkət olaraq, tədbirdə yeni tərəfdaşlıqlar qurub və korporativ dayanıqlılıq trendləri barədə mühüm məlumatlar əldə edib. Bundan əlavə, mobil operator BMT Baş Assambleyası həftəsində keçirilən müxtəlif görüşlərdə də təmsil olunub.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

