Ölümsüzlüyün Çingiz portreti...
02.10.2024 [07:41]
Milli Qəhrəman Çingiz Babayevin doğulduğu gündür
Qəhrəmanlar təkcə cəbhədə, müharibədə, döyüşdə olmur ki... Gündəlik həyatımızda bir insana kömək etmək, bir acın qarnını doyurmaq, çarəsiz birinə həyan olmaq, ən çətin situasiyalarda öz həyatını heçə sayıb başqa canları düşünməyin özü də qəhrəmanlıqdır, əlbəttə.
Bu gün həmin qəhrəmanlardan birinin- Çingiz Babayevin doğulduğu gündür. Oktyabr onun üçün bu dünyaya həm gəliş, həm də gediş ayıdır. Yaşasaydı ailəsi, qohumları, tanışları, onu sevənlər bu gün onun 60 illik yubileyini qeyd etmək üçün yığışacaqdılar, çox güman. O isə ömrünün 31-ci ilində elə doğulduğu ayda xalqının mərd qəhrəmanı kimi əbədiyyətə ucalmağı seçdi. Özü də çox adi günlərin birində, gündəlik etdiyi kimi işdən evə qayıdarkən...
****
Çingiz Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Ailənin tək övladı olan Çingiz elə uşaqlıqdan hərb sənətinə maraq göstərir, hər kəsə kömək əlini uzatmaqdan çəkinməzmiş. Ən sevdiyi oyuncaqları da silah olan Çingiz elə o yaşlarından “mən əsgər olacağam” deyib gələcəyin xəyallarını qurarmış. Nəhayət, arzusuna yetişir...
Əslən Naxçıvandan olan Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olur. 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayır. Gənc oğlan işləyə-işləyə həm də Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik kursu bitirir. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunur.
Lakin artıq onu Vətən çağırırdı, hərbi xidmət keçməyin zamanı gəlmişdi. Çingizin ən böyük arzusu da yerinə yetirdi, o, əsgər olurdu. Vətənin səsinə səs verən oğlan 1992-ci ilin avqust ayında könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində xidmət edir, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi litseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi xidmət göstərir. Sonra təcrübəsini nəzərə alıb, onu bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə irəli çəkirlər. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilib.
Hələ hərb sahəsində arzuları, xəyalları çox idi Çingizin. Amma tale onun üçün başqa qismət hazırlamışdı.
1995-ci ilin 28 oktyabr günü... Cəmi 26 gün idi 31 yaşına qədəm qoyduğu. Ömrünün hələ başlanğıcında, ən gözəl illərində idi. Payız axşamının çiskinindən qaçıb metroya daxil olmuşdu yüzlər, minlər kimi... İnsanların qaynaşdığı, kimini evinə, kimini işinə, kimini görüşə, kimini ən gözəl gününə aparan, onlara yol yoldaşı olan Bakı metrosu yenə də öz adi rejimi ilə işləyirdi, sərnişinləri mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda nəyinsə düzgün olmadığı hiss olundu. Maşinist və sərnişinlər nə olduğunu anlamamış qatar qəfil alovla büründü. Stansiyaların arasında, hər tərəf təhlükə dolu tuneldə çarəsiz insanlar ora-bura vurnuxur, alovdan xilas olmağa çalışırdılar. Alovun dumanı insanların kömək yalvarışlarına qarışmışdı. Kimsənin bu cəhənnəmdən çıxa biləcəyinə inamı qalmasa da, son çarə ümidlə hər yerə əl atırdılar. Çaşqın, köməksiz sərnişinlərin arasında C.Naxçıvanski adına hərbi litseyin zabiti, baş leytenant Çingiz Babayev də var idi. Lap uşaq yaşlarından hər kəsə kömək etməyi özünə insanlıq borcu bilən gənc hərbçi naəlac insanların kömək yalvarışlarına qulaq tıxayıb, sadəcə, öz canının hayına qala bilərdimi? Əlbəttə, yox. O, elə ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas olur. Ancaq elə o stansiyada, o qatarın içərisində amansız ölüm onu artıq özü üçün qurban kimi seçmişdi. Gənc oğlan da 31-ci yaşının 26-cı günündə boynuna dolanan ölümdən yaxa qurtara bilmədi. Daha doğrusu, şansı varkən qaçmadı, canını xilas etmədi, son anına qədər alovla mübarizəyə çıxıb öz həmvətənlərini alovun ağzından geri aldı, başqalarının həyatı uğrunda öz həyatını qurban verdi. Əsl qəhrəman, əsl igid kimi...
Həmin vaxt Milli Qəhrəman, baş leytenant Çingiz Babayevlə bərabər insanları ölümün cəngindən, tüstüdən xilas edərkən üç kursant da həlak olub: Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov. Həlak olan zabit və kursantların xilasetmə zamanı göstərdikləri igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin 5 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə C.Naxçıvanski adına hərbi məktəbin taqım komandiri, baş leytenant Çingiz Babayev zərərçəkmişlərin xilas olunmasında göstərdiyi şücaət və qəhrəmanlığa görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Digər bir Fərmanla isə kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov göstərdikləri şücaətə görə ölümlərindən sonra “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Bakının Yasamal rayon qəbristanlığında dəfn edilən Çingizin oxuduğu orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucaldılıb.
Bütün bunlar dövlətin öz qəhrəmanına göstərdiyi diqqətin təcəssümüdür, əlbəttə. Amma Çingiz Babayev ilk növbədə həmin faciədə həyatını xilas etdiyi körpələrin, qadınların, qocaların, köməksiz insanların qəlbində əbədiyyətə ucaldı, onların ən böyük qəhrəmanlarına çevrildi. Onlarla insanın yanğından sonrakı hər günündə, hər anında əbədiləşdi Çingiz adı. Beləcə çizildi ölümsüzlüyün Çingiz portreti. Və o insanların üzünə doğan hər günəşdə yenidən çizilir...
Allah rəhmət eləsin!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16