Ombudsman: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
11.10.2024 [10:36]
“Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur və həlli kompleks yanaşma tələb edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Moskva şəhərində “İnsan hüquqları müdafiəsinin problemləri: Ombudsmanların müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda təşkil olunan VIII beynəlxalq elmi-praktik konfransda çıxışında deyib. 60-a yaxın ölkənin ombudsmanlarının və milli insan hüquqları institutlarının (MİHT) rəhbər və nümayəndələrinin iştirak etdiyi tədbirdə “Səhiyyə sahəsində insan hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda çıxışı zamanı o, səhiyyə xidmətlərinə bərabər çıxışın vaxtında təmini ilə bağlı problemlərin araşdırılmasında, normativ-hüquqi aktların qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsində MİHT-lərin rolundan danışıb. Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin insan hüquq və azadlıqlarının kütləvi pozulmasına səbəb olduğunu deyən ombudsman Azərbaycanın da uzun illərdir bu problemdən əziyyət çəkdiyini qeyd edib.
O, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda ətraf mühitə ziyan vurduğunu, su resurslarını kimyəvi tullantılarla çirkləndirdiyini, ekosid, urbisid cinayətləri, mina terroru törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müvəkkil işğal dövründə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsinin həmin bölgədə yaşayan insanların həyat və sağlamlığına, eləcə də sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə yaratdığını bildirib. Rəqəmsal texnologiyaların səhiyyə sahəsində istifadəsinə toxunan ombudsman süni intellektin bacarıqlarından yararlanmaqla müvafiq sahədə görülən işlərin səmərəliliyinin artırıla biləcəyini vurğulayıb. Bununla yanaşı, rəqəmsal səhiyyə xidmətlərinin geniş miqyasda tətbiqinin internetə və rəqəmsal texnologiyalara çıxışı olmayan bəzi həssas əhali qrupları üçün səhiyyə xidmətlərinin göstərilməsində müəyyən məhdudiyyətlər yaratdığı da qeyd edilib.
Səbinə Əliyeva, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini söyləyərək bununla bağlı cari ilin oktyabr ayında “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun təşkil olunduğunu, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların həlli yolları barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

