AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır
12.10.2024 [12:53]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş olub.
AHİK-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə AHİK və Mediasiya Şurasının vəzifələri və funksiyaları, hər iki qurumun reallaşdırdığı layihələr barədə danışılıb, həmçinin birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək ittifaq üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə AHİK-in fəaliyyətinin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib.
İşəgötürənlə işçi, habelə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin müsbət həllində həmkarlar ittifaqları ilə mediasiya nümayəndələrinin birgə əməkdaşlığının səmərəli ola biləcəyini vurğulayan AHİK sədri bildirib ki, əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, ölkəmizdə sosial-iqtisadi münasibətlərin tərəfdaşlıq prinsipləri üzərində qurulması, mürəkkəb məsələlərin həllində sosial dialoqa üstünlük verilməsi hər zaman diqqətdə saxlanılır, həmkarlar ittifaqlarının dinamik inkişafı və nüfuzunun artırılması, əmək hüquqlarının etibarlı müdafiəsi və üzvlərin məmnunluğunun təmin edilməsi üçün sistemli iş aparılır.
Sonra Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə söz açıb, mediasiya sahəsindəki uğurlu nəticələri qeyd edib. Həmçinin məhkəməyə qədər əmək mübahisələrinin həllində birgə fəaliyyətin perspektivlərini müsbət dəyərləndirib və bunun işçi hüquqlarının qorunmasına etibarlı zəmin yaradacağına əminliyini ifadə edib.
Görüşdə, həmçinin tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, bir daha birgə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, əmək müfəttişləri üçün təlimlərin təşkili və digər müvafiq təkliflər səsləndirilib.
Sonda AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

