AQTA nümayəndə heyəti Rusiyada səfərdədir
14.10.2024 [23:11]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.
Səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskva şəhərində təşkil olunan Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib.
Tədbir “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq təşkil edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, dəyirmi masada qida məhsullarına dövlət sanitar-epidemioloji nəzarətin təmin olunması, risklərin idarə edilməsi və risk kommunikasiyası, qida məhsullarının pestisidlərlə çirklənməsinin qarşısının alınması, markalanmalı olan malların eyniləşdirmə vasitəsilə dövriyyəsinə nəzarət, qablaşdırılmış içməli və təbii mineral suların tənzimlənməsi və digər məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb.
Görüşdən sonra nümayəndə heyəti F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub. İmzalanması nəzərdə tutulan “F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzdə laboratoriya və vivariuma baxış keçirilib.
Səfər çərçivəsində AQTA nümayəndə heyətinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin fəaliyyəti ilə tanış olması da nəzərdə tutulur. Həmçinin nümayəndə heyəti Mərkəzin tabeliyində fəaliyyət göstərən Eksperimental Bioloji Laboratoriyanın (vivarium) fəaliyyəti, o cümlədən infrastrukturu və maddi-texniki bazası, orada saxlanılan heyvanların növü və sayı, baytarlıq-sanitariya tələbləri, işçi heyəti və digər məsələlərlə tanış olacaq.
Qeyd edək ki, səfər zamanı nümayəndə heyətinin keçirdiyi görüşlərdə iki ölkə arasında həyata keçirilən qida məhsullarının idxal-ixrac əməliyyatları və qarşılıqlı maraq doğuran digər məsələlər də diqqət mərkəzindədir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

