Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib
17.10.2024 [13:56]
Uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaq hüquqlarının müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya hər bir uşağın sahib olduğu hüquqları və iştirakçı dövlətlərin öhdəliklərini təsbit edən, uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu vurğulayan beynəlxalq sənəddir. Dünya dövlətləri tərəfindən insan hüquqları sahəsində ən çox ratifikasiya olunmuş bu beynəlxalq müqavilə ayrı-seçkiliyin yolverilməzliyi, uşaqların mənafelərinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququnun təmini, uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsipləri özündə ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın ) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində yer alıb.
Müraciətdə bildirilib ki, “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətlərdən biri kimi Azərbaycanda ötən dövr ərzində uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində milli qanunvericilik müasir dövrün tələblərinə uyğun təkmilləşdirilib, dövlət proqramları, strategiyalar və digər əhəmiyyətli sənədlər qəbul edilib, institusional mexanizmlər yaradılıb, bir sıra mühüm nailiyyətlər əldə edilib.
Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi və təbliği ombudsmanın fəaliyyətində mühüm yer tutur və bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Uşaq hüquqları sahəsində əsas beynəlxalq sənəd olan “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar ombudsman tərəfindən hər il olduğu kimi bu il də 20 oktyabr – 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.
Artıq ənənə halını almış “Uşaq Hüquqları Aylığı” uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyətin gücləndirilməsi, uşaqlara diqqət və qayğının təşviqi, bu sahədə məlumatlılığın artırılması məqsədlərinə xidmət edir. Ötən illərin təcrübəsi göstərir ki, aylıq aidiyyəti dövlət və yerli özünüidarəetmə qurumları, vətəndaş cəmiyyəti institutları arasında geniş maraq doğurur və bu istiqamətdə görülən tədbirlərin miqyası getdikcə artmaqdadır.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və noyabr ayında ölkəmizin mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alaraq, iqlim dəyişmələri və onun fəsadlarından təsirlənən əhali qrupu kimi uşaqların hüquqlarının müdafiəsi, onların bu istiqamətdə məlumatlandırılması, müzakirələrdə iştirakı xüsusi əhəmiyyət daşıyır.
“Təəssüf hissi ilə bildirmək istərdim ki, Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərimizdə törətdiyi ekoloji cinayətlər, eləcə də basdırdığı minalar uşaqlar da daxil olmaqla mülki əhalinin həyat və sağlamlığına, onların təhlükəsiz geri qayıdışına ciddi əngəl törətməkdədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir ki, onlardan 358-ni uşaqlar təşkil etmişdir. Hesab edirəm ki, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə qətiyyətli addımlar atılmalı və Ermənistanın mina terroruna son qoyulmalıdır.
Cəmiyyətin həssas təbəqəsi kimi uşaqların ehtiyaclarının hərtərəfli təmini, onların daim diqqət mərkəzində saxlanılması, ahəngdar inkişafı, layiqli şəxsiyyət kimi yetişməsi hər bir dövlət, eləcə də mütərəqqi cəmiyyətlər üçün olduqca vacib amillərdəndir.
Qeyd edilənləri nəzərə alaraq, dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na fəal şəkildə qoşulmağa dəvət edir, uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində müvafiq tədbirlər həyata keçirməklə təşəbbüsümüzə dəstək verməyə çağırıram.
Ümidvarıq ki, aylıq çərçivəsində uşaqları da fəal şəkildə cəlb etməklə keçiriləcək tədbirlər uşaq hüquqlarının müdafiəsinə diqqəti daha da artıracaq, hüquq və azadlıqların daha səmərəli müdafiəsini təmin edəcək”, - deyə ombudsman vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

