Qərbi Azərbaycan İcmasında Şamama Ələsgərovanın 120 illik yubileyi qeyd olunub
31.10.2024 [14:09]
Oktyabrın 31-də Qərbi Azərbaycan İcmasında (QAİ) səhiyyə sahəsində görkəmli təşkilatçı, Əməkdar həkim, ictimai xadim, Azərbaycan SSR Ali Sovetinin deputatı, İkinci Dünya müharibəsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın 120 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Şamama Ələsgərovanın keçdiyi şərəfli həyat yolundan və qazandığı misilsiz nailiyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Şamama Ələsgərovanın zəngin səhiyyə irsi və ömür yolu barədə danışıb. Bildirib ki, Ş.Ələsgərova səhiyyə sahəsində tədqiqatlarını əsasən ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr edib, respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərinin fəallarından biri olub. Qeyd edilib ki, Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olan Ş.Ələsgərova ilk təhsilini gimnaziyada alıb. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1941-ci ildə cəbhəyə yollanan cəsarətli və nümunəvi həkim 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra respublikanın Əməkdar həkimi adlarına layiq görülüb.
M.İbrahimqızı, eyni zamanda vurğulayıb ki, şərəfli və zəngin yol keçmiş Azərbaycan səhiyyəsi bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Ş.Ələsgərovanın səhiyyə sahəsində əldə etdiyi uğurların nümunəvi xarakter daşıdığını vurğulayıb. Deyib ki, əmək fəaliyyətinə məhz müharibə illərində başlayan Ş.Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, Kadrlar idarəsinin rəisi vəzifələrində çalışıb, 1945-ci ildən ömrünün sonunadək N.Krupskaya adına 5 saylı doğum evinin (hazırda həmin doğum evi Şamama Ələsgərovanın adını daşıyır) baş həkimi olub. 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı alan Ş.Ələsgərova Azərbaycanda bu yüksək ada layiq görülən ilk səhiyyə işçisi olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamama xanımın öz işinin xüsusi incəliklərinə yaxşı bələd olduğunu, bu gün də tibb sahəsində onun təcrübəsindən geniş istifadə edildiyini vurğulayıb. O, Ş.Ələsgərovanın fədakarlığının və əzminin hər zaman yaddaşlarda qalacağını qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Şamama Ələsgərova, sadəcə, bir həkim deyil, həm də səhiyyə sahəsində təşkilati işləri ilə fərqlənən, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi. Şamama Ələsgərova İkinci Dünya müharibəsi zamanı 416-cı (Taqanroq) diviziyada tibbi briqadaya rəhbərlik edərək yaralı əsgərlərə yardım göstərib, insanların həyatını qorumaq üçün yorulmadan çalışıb. V.Qurbanov qeyd edib ki, Qələbə ilə başa çatan Vətən müharibəsində də qadın həkimlərimiz vəzifələrinin öhdəsindən böyük cəsarətlə, şərəflə gəlib və adlarını Şamama xanımın davamçıları kimi Zəfər tariximizə yazdırıblar.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə isə bildirib ki, İrəvan şəhərindən olan Şamama Ələsgərova cəsur və savadlı səhiyyə işçisi olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik idi, əsl Azərbaycan xanımına xas xüsusiyyətləri özündə birləşdirirdi.
Şamama Ələsgərovanın nəvəsi, professor Lalə Cəfərova nənəsi ilə bağlı xatirələrini bölüşüb. Deyib ki, belə parlaq şəxsiyyətin nəvəsi olmaqdan qürur duyur. O bildirib ki, Ş.Ələsgərova ictimai işlərdə də yüksək fəallıq göstərib, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olub, "Şərəf nişanı" ordeni və digər medallarla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

