Heydər Əliyev Beynəlxalq Hava Limanında mediatur keçirilib
31.10.2024 [20:33]
Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediaturda Dövlət Miqrasiya Xidməti, “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “ASAN Visa” nümayəndələri iştirak ediblər.
Media nümayəndələrinə COP29-a hazırlıq çərçivəsində görülən işlər, sərnişinlərin yoxlanış prosesi, pasport nəzarəti, eləcə də konfrans iştirakçıları üçün xüsusi giriş vizalarının terminallar vasitəsilə qeydiyyat prosesi nümayiş etdirilib. Sərnişin buraxılış qabiliyyətini artırmaq məqsədilə yoxlanış məntəqələrinin sayının artırıldığı qeyd olunub.

Bundan başqa, əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.
Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər. Aeroportun direktoru Teymur Həsənov qeyd edib ki, COP29 çərçivəsində “Lufthansa”, “Polish Airlines”, “FlyDubai”, “Flynas” şirkətləri ilə əlavə 15 çarter reysi planlaşdırılır.
Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Ülvi Əliyev bildirib ki, COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq. Ülvi Əliyev vurğulayıb ki, tətbiq edilən qaydalarla bağlı əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29-un rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib, o cümlədən Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinin, eləcə də digər hədəf qruplarının müvafiq qaydada məlumatlandırılması təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) “ASAN Visa” departamentinin müdiri İsmayıl Rəsulzadə bildirib ki, “COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün tələb olunur. “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. “COP29 Xüsusi Viza”sına müraciət qeydiyyatdan keçmiş iştirakçılara BMTİDÇK tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda olan link vasitəsilə “www.evisa.gov.az/cop29”, rəsmi elektron viza portalı üzərindən, onlayn, tamamlanmış viza müraciəti təqdim edildikdən sonra, 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

