Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişləri 4 dəfə artıb
29.11.2024 [16:39]
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır. Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.
Aqrar Sığorta Fondundan (ASF) AZƏRTAC-a verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilib. Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır.
Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib. Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur.
2024-cü ilin 10 ayında ölkə üzrə 406 min 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, pambıq sahələridir.
Eyni zamanda ölkə üzrə 2 min 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb. Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqı toplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manat həcmində sığorta təminatı verilib. Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

