Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
22.02.2025 [19:56]
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ukraynanın Lvov şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin təşkilatçılığı ilə “Xocalıda faciəli hadisələr və Ukrayna müharibəsi: dünyanın öyrənmədiyi tarix dərsləri” mövzusunda keçirilən anım tədbirində bu ölkənin müxtəlif vilayətlərindən gələn diaspor nümayəndələri, Lvov ictimaiyyətinin təmsilçiləri, hərbçilər və gənclər qatılıblar.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndikdən sonra Xocalı soyqırımı və Ukrayna müharibəsi barədə videoçarx nümayiş etdirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
O, Konqresin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan "Xocalıya ədalət!" kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib. Ş.Məhərrəmov soyqırımının beynəlxalq aləmdə tanıdılmasının vacibliyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, İndoneziya, Kolumbiya, Panama, Paraqvay, Honduras, Əfqanıstan, Qvatemala və Cibuti parlamentlərinin Xocalı qətliamını soyqırımı aktı kimi təsdiqlədiklərini vurğulayıb.
“Zamanında beynəlxalq birlik Xocalı soyqırımına ədalətli hüquqi qiymət versəydi, bu cinayəti törədənləri cəzalandırsaydı, sonradan dünyanın bir çox bölgələrində, o cümlədən Ukraynada müharibə ocaqları yaranmazdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Xocalıda artıq yenidənqurma və bərpa işləri həyata keçirilir”, - deyə Şəhriyar Məhərrəmov əlavə edib.
Ukrayna Hərbi Tibbi Klinik Mərkəzinin Qərb Bölgəsi rəisi polkovnik Taras Qren çıxışında Lvovda hərbi məktəbdə bir yerdə təhsil aldığı azərbaycanlı Yunis İsmayılovun Qarabağ hadisələri başlayan kimi müharibəyə getməsindən danışıb.
“Hərbi məktəbdə təhsil almasına baxmayaraq, Yunis İsmayılov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə Qarabağda döyüşmək üçün Azərbaycana getdi. O, böyük qəlbli azərbaycanlı idi”, - deyə Taras Qren bildirib.
Daha sonra Tatar icmasının başçısı Amet Bekir, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin rəhbəri Qalina Makarçuk çıxış edərək bildiriblər: “Azərbaycan tarixi onu göstərdi ki, zamanında Xocalı soyqırımına hüquqi qiymət verilsəydi, yeni müharibələr olmazdı”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51

