Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib

Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib

19.11.2021 [15:58]

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib.

O,  bunu bu gün Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında deyib.

"Siz demisiniz ki, Kreml mümkün üçtərəfli görüş üçün konsensusun lazım olduğunu vurğulayır. Mən də təsdiq edə bilərəm ki, konsensusun olması üçün tərəflərin bununla razılaşması lazımdır. Mən əminəm ki, bu görüş baş tutacaq" - deyə, S.Lavrov bildirib.

Paylaş
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30