Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukrayna Azərbaycanlıları Radasında gənclərlə görüş keçirilib

Ukrayna Azərbaycanlıları Radasında gənclərlə görüş keçirilib

21.11.2021 [16:31]

Ukrayna Azərbaycanlıları Radasında UAGR gənclər təşkilatınln rəhbərliyi və fəalları ilə görüş keçirilib. 

Giriş sözü ilə UAGR sədri Vaqif Nağıyevi və təşkilat fəallarını salamlayan UAR baş katibi Ceyhun Məmmədov diaspor siyasətində gənclərin rolundan danışıb. “Gənclərimiz ökəmizi, xalqımızı layiqincə təmsil etməli, birgə və kordinasiyalı hərəkət etməlidir. Biz də öz növbəsmizdə hər zaman sizə dəstək verəcəyik” deyən Məmmədov RAMU-nun öz işinin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib. 

Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) rəhbəri, tanınmış vokalist Vaqif Nağıyev görülən işlər haqqında məlumat verib. “Fəaliyyət göstərdiyimiz iki il ərzində Ukraynanın 7 oblastında təşkikatımızın nümayəndəliklərini aça bilmişik. Önümüzdəki ildə hədəfimizdən biri də nümayəndəliklərimizin sayını 14-ə çatdırmaq və ümumukrayna təşkilatı statusu almaqdır.” deyən RAMU sədri mərkəzi aparatı da yenilədiklərini bildirib. 

Təşkilatın 2022-ci il planları haqqında məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Radası  sədrinin müavini Qasam Əhmədov əsas hədəflərini açıqlayıb:

1. RAMU ətrafında gənclərin və gənclər təşkilatlarının birləşdirilməsi

2. Universitetlərdə gənclərlə görüşlərin təşkili

3. Oblastlarda yeni nümayəndəliklərin fəaliyyətə başlaması

4. “Azərbaycan-Ukrayna dostluğu” adlı layihə hazırlanıb həyata keçirilməsi

5. “Novruz bayramı” proqramı

6. Gənclər formunun keçirilməsi

Görüş qarşılıqlı diskussiyalar ilə davam edib.

Paylaş
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31