Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya aviaşirkəti Moskva-Füzuli marşrutu ilə uçuşlar həyata keçirəcək

Rusiya aviaşirkəti Moskva-Füzuli marşrutu ilə uçuşlar həyata keçirəcək

20.12.2021 [14:13]

Rusiyanın "İrAero" aviaşirkəti Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən Moskva-Füzuli və Moskva-Zaqatala marşrutu ilə uçuşlar keçirməyə icazə alıb.

Trend bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Xatırladaq ki, Füzuli beynəlxalq hava limanının açılışı oktyabrın 26-da baş tutub.

Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Paylaş
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31