Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Aİ arasında ikitərəfli saziş üzrə işlərin gələn il yekunlaşdırılması gözlənilir

Azərbaycan və Aİ arasında ikitərəfli saziş üzrə işlərin gələn il yekunlaşdırılması gözlənilir

27.12.2021 [12:13]

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Aİ-nin həm Azərbaycana, həm də regiona marağının artmasını müşahidə edirik

“Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, - deyə nazir qeyd edib.

Paylaş:
Baxılıb: 860 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30