Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan prosesə başlamağa hazırdır

Azərbaycan prosesə başlamağa hazırdır

28.12.2021 [10:07]

Ceyhun Bayramov: Düşünürük ki, qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək

Nardar BAYRAMLI

Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, hərtərəfli və dinamik inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olmasını təmin edib.

Ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan bölgənin yeganə ölkəsidir ki, düşünülmüş nümunəvi daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi potensialını artırır, həm də regional təhlükəsizliyin təmini istiqamətində ardıcıl, sistemli və mətin addımlar atır. Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq platformaları regionda uzunmüddətli sabitliyin əsas qarantı hesab olunur. Belə ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələri, regional inteqrasiya istiqamətində əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz sülhyaratma prosesinin fəal iştirakçısıdır.

Dünən 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. C.Bayramov Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə də münasibət bildirib və qeyd edib ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılmasına bütün tərəflər razılıq verməlidir. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır. “Düşünürük ki, qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək. Ona görə ümid edirik ki, yaxın aylarda bu komissiya formalaşacaq”, - deyə nazir qeyd edib.

C.Bayramov, həmçinin Azərbaycanın qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəklədiyini də diqqətə çatdırıb. Nazir deyib ki, Azərbaycan Türkiyənin bütün səviyyələrdə verdiyi mesajları yüksək qiymətləndirir: “Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir əsası olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir”.

Bununla belə, C.Bayramov diqqətə çatdırıb ki, yaxın vaxtlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadə ilə əlaqədar Ermənistanı məsuliyyətə cəlb etmək üçün ölkəmiz beynəlxalq məhkəmələrə müraciət edəcək. Bu, 2022-ci ildə qarşıda duran əsas vəzifələrdəndir.

Nazir, bütövlükdə ötən il xarici siyasətimizin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdırıb. C.Bayramov həmçinin qeyd edib ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək. Onun sözlərinə görə, ATƏT-in hərbi-siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik çox məsuliyyətli işdir. Həmçinin ölkəmizin bu mövzu ilə bağlı mövqeyinin çatdırılması və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır.

C.Bayramov Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Saziş üzrə intensiv danışıqların getdiyini də diqqətə çatdırıb: “1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında Saziş imzalanıb. Həmin Saziş 1999-cu ildə qüvvəyə minib. Sazişin 10 il müddəti var. Ancaq Sazişin şərtlərinə əsasən, yeni saziş imzalanmayanadək hər il avtomatik olaraq onun müddətinin uzadılması nəzərdə tutulur. Yeni saziş üzərində danışıqlar aparılır. Bu saziş əsasən dörd bölmədən ibarətdir. Bu, siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi, institusional inkişaf və digər məsələləri əhatə edir. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Aİ ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”.

 

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31