BVF Azərbaycanla məsləhətləşmələri yekunlaşdırıb
29.12.2021 [10:53]
Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub
Nicat Dilqəmli
Ölkə iqtisadiyyatının 2021-ildəki göstəriciləri proqnozlardan yüksək olub. Aparılan iqtisadi islahatların nəticəsidir ki, bu gün dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanın inkişaf tempinə görə ön sıralarda olduğu barədə rəsmi məlumatlar dərc edirlər. Beynəlxalq Valyuta Fondunun (BVF) dəyərləndirmələri də bu baxımdan xarakterikdir. BVF 2021-ci il üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri (“2021 Article IV Consultation”) yekunlaşdırıb. BVF-nin sənədində bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası və neft qiymətlərinin enişindən ciddi zərərlə üzləşib, lakin hökumətin böyük yardım paketi şokun iqtisadi təsirini azaltmağa kömək edib. Qeyri-neft iqtisadiyyatının pandemiyanın təsirlərindən qorunduğu üçün 2021-ci ildə bu sahədə göstəricilərin artacağı proqnozlaşdırılır.
BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda nominal ÜDM-in həcmi 52,645 mlrd. dollar təşkil edəcək. Beləliklə, respublikamızda ÜDM-in həcmi son 7 ildə ilk dəfə 50 mlrd. dolları ötəcək. Azərbaycanın qeyri-neft ÜDM-i isə 4,5% artacaq, 2022-ci ildə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır. Lakin daha təhlükəli COVID-19-un ştamlarının yayılması və yaxud vaksinasiyanın ləngiməsi prosesləri gecikdirə bilər. Qlobal tələbatın gözləniləndən daha asta bərpası neft sektoru üçün də risk yarada bilər.
“Digər tərəfdən, gözləniləndən daha sürətli qlobal bərpa neft və qaz qiymətlərini yüksəldə, gəlirləri artıra, fiskal və xarici tarazlığı gücləndirə bilər. Neft ehtiyatlarının tədricən tükənməsi fonunda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsi və Azərbaycanın iqtisadi perspektivlərinin gücləndirilməsi üçün sürətləndirilmiş struktur islahatlarına ehtiyac var” ,- sənəddə deyilir. Beləliklə, BVF-nin İcraiyyə Şurası qeyd edir ki, Azərbaycan üçün yaxın gələcəkdə əsas çağırış struktur problemlərinin həlli üçün zəmin hazırlayarkən, bərpa prosesini təhlükəyə atmamaq ehtiyacını tarazlaşdırmaqla, COVID-19-la əlaqəli stimullaşdırıcı paketlərin mərhələli şəkildə ləğv edilməsini düzgün şəkildə qurmaqdır. Uzunmüddətli perspektivdə isə Azərbaycanın neft ehtiyatlarının tükənməsi problem yarada bilər və bu səbəbdən iqtisadiyyat neft gəlirlərindən asılılığını aradan qaldırmalıdır. Xatırladaq ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan ölkə hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30

