Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sinifdə qalan Qərbin demokratiya dərsi - VİDEO

Sinifdə qalan Qərbin demokratiya dərsi - VİDEO

03.01.2022 [18:05]

Niderland Krallığının paytaxtı Amsterdamda COVID-19 pandemiyası ilə əlaqədar tədbirlərin əleyhinə etiraz edən təxminən 3500 insanla polis arasında şiddətli toqquşma baş verib. Sosial şəbəkələrdə hadisə ilə bağlı videolar yayılıb.

Videolardan görünür ki, asayiş keşikçiləri qalxan və dəyənəklərdən istifadə edir, bundan başqa aksiya iştirakçıları xidməti itlərin hücumuna məruz qalır. Və bu Qərbdə baş verən ilk belə hal deyil.

Özlərini demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan belə ölkələrdə dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiq edildiyi halda, onlar niyə digər, demokratiya yolu ilə gedən ölkələrə ikili standartlarla yanaşır, onlara demokratiya, sərbəst toplaşma azadlığı, plüralizmdən dərs keçməyə çalışırlar. Niyə görəsən Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı sərbəst toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır, amma söhbət başqa ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, əslində bu ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən “dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur.

Amma ən təəccüblüsü odur ki, Qərb özündə baş verən qanun pozuntularını ya görmür, ya da görmək istəmir. Biz onların yaddaşını təzələyərik.

Qərbin diqqətinə Ferqyuson hadisələri zamanı hərbiləşdirilmiş ABŞ polisi tərəfindən nümayişçilərə qarşı törədilən zorakılıqları, dinc etirazçılara qarşı əlavə hərbi hissələrin cəlb olunmasını, hətta komendant saatının tətbiq edilməsini çatdırmaq istərdik. Elə Avropada da dinc nümayişlərin polis qüvvələri tərəfindən qəddarlıqla yatırılması faktları kifayət qədərdir.

Məsələn, İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən referendum zamanı yerli sakinlərlə polis və Milli Qvardiya arasında qanlı toqquşmalar baş verəndə, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyanın Ştutqart şəhərində 2010-cu ildə 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı, Brüsseldə, Amsterdamda narazı kütlələr polislər tərəfindən ən sərt üsullarla dağıdılıb insanlara güc tətbiq ediləndə, Afinada etiraz aksiyası zamanı 15 yaşlı gənc polis tərəfindən qətlə yetiriləndə, Parisdə “Sarı jiletlilər”in aksiyası zamanı təhlükəsizlik qüvvələri 1700 nümayişçini nəzarət altına alanda, sivil geyimli polislər zorakılıq tətbiq edəndə, hətta nümayişçilərə qarşı fransız ordusunun zirehli texnikasından istifadə ediləndə həmin “insan haqları”, “söz azadlığı”nı hər addımbaşı gündəliyə gətirənlər nədənsə ağızlarına su almışdılar.

Beləliklə öz gözündə tiri görməyən Qərb, başqasının gözündə tük axtarır. Yaxşı olar ki, onlar ölkələrində demokratiya, insan haqları sahəsindəki qüsurlara, çatışmazlıqlara, ciddi pozuntulara diqqət edib, onların aradan qaldırılmasına səy göstərsinlər.


Paylaş
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31