Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa ili - Zəfərimizin dəlili!

Şuşa ili - Zəfərimizin dəlili!

08.01.2022 [00:25]

Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıqla qarşılanıb. Bu tarixi qərarın əhəmiyyəti ilə bağlı diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyevin “Şuşa ili - Zəfərimizin dəlili!” sərlövhəli məqaləsini təqdim edirik.

Əvvəli ötən sayımızda…

Oxşar hissləri ömründə Şuşanın üzünü görməyən, böyük əksəriyyəti isə onun işğalından, itirilməsindən sonra doğulan gənclərimiz də yaşamışdılar. Bu hiss haradan yaranmışdı? Onu doğuran, yaşadan, bir an da olsun səngiməyə, sönməyə qoymayan nə idi? Azərbaycan insanı niyə bütün varlığı ilə Şuşaya can atırdı? Litva jurnalisti, Qarabağ mövzusunda “Xocalı gündəlikləri”, “Çıxışsız dəhliz” kimi haqq işimizə dəstək olan əsərlərin müəllifi Riçardas Lapaitis bu suallara çox dəqiq cavab verib. Müəllif həm azərbaycanlıların, həm də ermənilərin tarixlərinin və milli varlıqlarının bir hissəsi kimi iddiaçı olduqları Şuşaya paradoksal fərqli münasibətindən söz açaraq yazırdı: “Obyektivimin yaddaşında yaxın keçmişin başqa anları da əksini tapıb. Həmin məqamlar işğalçının Azərbaycanla bağlı hər şeyə kəskin nifrət motivləridir. Otuz il ərzində Ermənistan burada özünə aid olmayan nə varsa hamısını - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, daş işləmələri, qədim məzarlıqları, böyük şairin məqbərəsini uçurub-dağıtmaqla, Yer üzündən silməklə məşğul idi. Otuz illik faşizm dönəmi istər insan resursları, istərsə də mədəni irs baxımından dəhşətli itkilərlə müşayiət olunmuşdu. Nəhayət ki, Şuşa etibarlı əllərdədir. Şuşa, işğalçı üçün sən sadəcə ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən!”

Fikrin dəqiqliyinə, gerçəkliyinə söz ola bilməz. Həqiqətən də Şuşa, eləcə də işğala uğrayan digər şəhər və kəndlərimiz əsrlərdən bəri “dənizdən dənizə Ermənistan” yaratmaq xülyası ilə vurnuxan maniakal düşüncəli toplum üçün sadəcə əlavə kvadratkilometrlərdən başqa bir şey deyildi. Əkstəqdirdə, onilliklər boyu davam edən erməni sahibliyindən sonra Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda belə acınacaqlı vəziyyətlə üzləşməzdik. Normal insan heç vaxt tarixi vətəni saydığı yeri xarabazara çevirməz. Əksinə, onu tikər, qurar, gözəlləşdirər. Bəlkə də bənzətməm o qədər də yerinə düşməyəcək. Amma yenə də deyim. Allahın dilsiz-ağızsız heyvanı olan it də bir yerdə uzanmaq istəyəndə quyruğu ilə ətrafı təmizləyir. “Şuşi vurğunları” isə ancaq dağıtmaqla, xaraba qoymaqla məşğul olmuşdular. Elə təəssürat yaranırdı ki, bütün bu müddət ərzində şəhər özlərini onun “həqiqi sahibləri” elan edənlərin deyil, azğın və qəddar yağıların, mədəniyyət və insanlıqdan bixəbər barbarların oylağına çevrilmişdi.

Etiraf edim ki, dəhşətli 1992-ci ildə Şuşanın işğal sarsıntısı, şoku bir az səngiyəndən sonra içimi başqa qorxu almışdı. Yəqin ki, eyni hissləri minlərlə soydaşımız da yaşayıb. Düşünürdüm ki, tezliklə dünyanın hər yerindən erməni zənginləri tökülüşüb Qarabağa gələcəklər. Milyonlar xərcləyib Allahın hər şeyi səxavətlə bəxş etdiyi Şuşada qısa zamanda cənnət yaradacaqlar. Onu dünya miqyasında bir erməni brendinə çevirəcəklər. Ən məşhur dağ kurortlarını kölgədə qoyan yeni, möcüzəvi bir şəhər inşa edəcəklər. Sonra da bütün aləmə car çəkəcəklər ki, “Gəlin, baxın, bu torpağın, şəhərin həqiqi sahibinin kimliyini, onun nələrə qadir olduğunu görün! “Köçərilərin” məhv etdikləri qədim erməni şəhərini təzədən qurduq, həyat verdik. Təkcə adını deyil, simasını da yenilədik. Hər şeyi kökündən dəyişdik. Baxın, ermənilərin vətən sevgisinin nə olduğunu görün!”

Amma əvəzində nə gördük? Böyük bir xarabazarlıq! Və bu xarabazarlıqda səfalət içində günlərini keçirən, dağıntılar arasında kölgə kimi sürünən, Şuşanın keçmişindən xəbərsiz, gələcəyinə laqeyd neandertal təfəkkürlü bir ikiayaqlı sürüsü. Bu sürü mövcud olanı dağıtdı, amma yeni heç bir şey qura bilmədi.

Bəs səbəb nə idi? Axı 1992-ci ilin mayından 2020-ci ilin noyabrına qədər Şuşa regionun bütün resursları ilə birlikdə ermənilərin əlində olmuşdu. Axı Səməd Vurğunun qaniçən Qacarı kimi “Keçdi pəncəmizə gözəl Qarabağ, bizimdir bu gündən hər meşə, hər dağ” - deyə qürrələnən, “miatsum”, “iki erməni dövləti” haqda dil boğaza qoymayan ter-petrosyanlar, koçaryanlar, sarkisyanlar, paşinyanlar, balasanyanlar, araiklər “erməni arzusunu” yerinə yetirmək üçün 30 il boyu hər cür imkana malik idilər. Tarix onlara “erməni dirçəlişi” üçün əla şans vermişdi.

Müasir dövrdə 30 ilə tam yeni bir şəhər tikmək olar və tikirlər. Bəs Hayın törəmələri nə etdilər? Ancaq soyub-talamaqla, çapıb-dağıtmaqla, torpağın həqiqi sahiblərinin izini itirməklə məşğul oldular. Goreşənliyə qurşandılar. Əgər Şuşa onlar üçün həqiqətən də əsrlər boyu xəyallarında yaşatdıqları vətən, tarixi şəhər, mədəniyyət və din mərkəzi idisə o zaman niyə bu yolu tutdular? Niyə Şuşanı yenidən dirçəltmək əvəzinə Herostrat şöhrətinə üstünlük verdilər? Torpaqda öz izlərini qoymaq yerinə Şuşanın Azərbaycan xalqına məxsus simasını yer üzündən silməyə çalışdılar? Bəlkə Şuşanın erməni autentikliyini sadəcə qondarma “Şuşi” adı ilə yaşadacaqlarını düşünürdülər? Ad dəyişikliyinin avtomatik şəkildə tarix və milli sima dəyişikliyinə çevriləcəyini xəyal edirdilər?

Quldurların iqtisadi-maliyyə çətinliklərindən, işçi qüvvəsi və vəsait çatışmazlığından şikayətlənməyə heç bir əsasları yoxdur. Azərbaycanın ən zəngin ərazilərini illər boyu yağmalamışdılar, on minlərlə qurulu evi qapı-pəncərəsinə, daşına-divarına qədər həmcinsləri olan iranlı qardaşlarına satmışdılar. Yeraltı və yerüstü sərvətlərin vəhşicəsinə istismarı, narkotik qaçaqmalçılığı, insan alveri nəticəsində milyardlarla gəlir əldə etmişdilər. Azərbaycanlı girovların, hərbi əsirlərin simasında yalnız bir qarın çörəyə səhərdən axşama qədər işləmək məcburiyyətində qalan böyük bir işçi ordusu vardı.

Bəs elə isə “Şuşi” sevdalılarına nə mane olmuşdu? Çox adi bir şey. Sadəcə olaraq başa düşürdülər ki, bu torpaq onların deyil. Bura onların Vətəni deyil. Litva jurnalistinin dediyi kimi, sadəcə, zamanın qəribə gərdişi nəticəsində əllərinə keçən ərazidir. Bir gün Şuşanın həqiqi sahibləri gəlib çıxacaq, tarixi ədalətsizliyinə son qoyacaqlar. Ona görə də Avropada, okeanın o tayında yaşayan erməni zənginləri Şuşaya böyük maliyyələr yatırmaq istəmirdilər. Müxtəlif telemarafonlar vasitəsi ilə erməni diasporunun sadəlövh kəsimindən qoparılan tula payı isə “miatsum” ideoloqlarının cibinə gedirdi. Rahat həyat peşində olan erməni ziyalısı, məmuru Şuşanın vulkan üzərində evə çevriləcəyini başa düşdüklərindən bura köçüb yeni həyat qurmağa can atmırdı. Erməni əsgəri Şuşanı ürəklə müdafiə etmirdi. Əslində rahat, tox həyat iştahası ilə “öz” torpaqlarını həvəslə tərk edən bir toplumdan Şuşa fədakarlığı gözləmək də əbəs idi...

Şuşaya müvəqqəti sahiblik erməniləri maddi cəhətdən bir qədər qabağa salsa da onlara heç bir xoşbəxtlik gətirmədi. Əksinə, üzlərindən mədənilik, alicənablıq, insaniyyət maskasını birdəfəlik qoparıb atdı. Erməni vəhşiliyinin, barbarlığının, vandallığının bütün dünyaya sübut olunduğu bir məkana çevrildi. Bu mənada düşmənin Şuşada törətdiyi cinayətlər Xocalıdakı dəhşətli əməllərindən heç də geridə qalmadı. Mədəni xalq məhəbbət və dostluq şairi Vaqifin Cıdır düzündəki möhtəşəm məqbərəsini uçurdardımı? Bir sıra məşhur musiqi əsərlərini heç bir vicdan əzabı çəkmədən öz adlarına çıxardıqları Üzeyir bəyin, qeyri-adi səs sahibi Bülbülün, Qafqazın son ensiklopedisti Mir Möhsün Nəvvabın ev-muzeyini dağıdardımı? Sakinlərin milli və dini mənsubluğuna fərq qoymadan Şuşanın bir çox məhəllələrinə su çəkdirən Xan qızı Natəvanın mülkünü xaraba qoyardımı, sümüklərini məzardan çıxarıb düzənliyə səpələməklə ruhunu narahat edərdimi? Mədəni toplum böyük sənət adamlarının heykəlini güllələyərdimi?

Amma ermənilər bütün bunları özlərinə asanlıqla rəva gördülər. Və deməli, əsl simalarını nümayiş etdirdilər - insanlıqdan, mədəniyyətdən, əxlaqdan min ağac uzaq ikiayaqlı sürüsü olduqlarını göstərdilər. Türk qardaşlarımız demişkən, özlərini bütün dünyaya rəzil etdilər...

* * *

Ermənilər çar Rusiyasının süqutu zamanı tarixi Azərbaycan torpaqlarından bir parça qopararaq dövlət qurmağı bacarmışdılar. Sovet imperiyasının süqutu ərəfəsində isə tarixi “zəfəri” genişləndirmək fikrinə düşdülər. “Yeni torpaqlar üçün yeni müharibəyə” başladılar. Bəli, məhz torpaq üçün, ərazi üçün! Onlar nə Şuşanın, nə də böyük bir xarabazara çevirdikləri şəhər və kəndlərimizin heç birinin həqiqi sahibi deyildilər, tarixən olmamışdılar. Əks təqdirdə, bu abad, çiçəklənən şəhər və kəndləri yer üzündən silməyə, başqalarının fəlakəti üzərində özlərinə rifah və səadət yaratmaq fikrinə düşməzdilər.

Atalar üçdən deyib. Son 115 ildə Şuşa uğrunda üçüncü, son və ən qanlı savaşımızı verdik. Şuşaya indiki qayıdışımız əbədidir, dönməzdir. İnanıram ki, Şuşa həqiqi intibahını məhz bundan sonra yaşayacaq. Erməni vandallardan miras qalmış xarabalıqlar içindən əfsanəvi Səməndər quşu kimi tarixi simasını bərpa edərək dirçəlib parlayacaq. “Qafqazın konservatoriyası” statusunu özünə qaytaracaq, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının “mədəniyyət paytaxtına” çevriləcək. Bu proses artıq Şuşanın işğaldan azad olunmasının ertəsi günü başlayıb və düşməni təşvişə salan bir sürətlə davam etməkdədir. Son on ay ərzində Şuşada ermənilərin onilliklər boyu gördüklərindən daha çox iş görülüb. Şəhərin tarixi siması addım-addım bərpa edilir. Böyük layihələr reallaşdırılır, hər bir paytaxta yaraşıq verə biləcək binaların təməli qoyulur. Bu da Şuşa uğrunda tarixi zəfərimizin daha geniş miqyasda davamıdır. İnanırıq ki, təqvimdəki “Şuşa ili” bu prosesi daha da sürətləndirəcək!

Və bu gün biz tarixin “Şuşa ilində” yaşayırıq. Nə xoşbəxtik ki, Şuşanın 270 illiyini özümüz qeyd edirik. Təkcə müqəddəs şəhərimizi deyil, onun tarixini də yadelli işğalçıların əlindən qurtarmışıq.

Şuşa öz övladlarınındır. Şuşa bizimdir. Və sonsuza qədər belə olacaq!

Şuşa ilini oyuncaq qurumun müvəqqəti nəzarətində qalan digər ərazilərimizin “illərinin” əvəz edəcəyi vaxt da uzaq deyil!

 

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31