ABŞ-dan Rusiyaya növbəti xəbərdarlıq...
13.01.2022 [10:45]
Moskva Qərbin yeni sanksiyaları ilə üzləşə bilər
Nardar BAYRAMLI
ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib ki, ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya mənfi təsiri olacaq. O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən 2 ay yarımdır ki, bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”.
Ümumiyyətlə, son dövrlərdə Qərblə Rusiya arasında münasibətlər xeyli kəskinləşib və tərəflər bir-birlərini münasibətləri gərginləşdirməkdə ittiham edirlər. ABŞ-ın son xəbərdarlığı hansı nəticələr verə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-Rusiya və NATO-Rusiya danışıqlarında tərəflərin razılaşacağı ehtimalı azdır, xüsusilə Moskvanın tələblərinin Qərb tərəfindən qəbul ediləcəyi inandırıcı deyil. Onun sözlərinə görə, Rusiya NATO-nun Şərqə doğru genişlənmə siyasətindən imtina edilməsini, Ukrayna və Gürcüstanın Şimal Alyansına üzvlük məsələsinin gündəmdən çıxarılmasını və raketlərin yerləşdirilməsi məsafəsinin uzaqlaşdırılmasını tələb edir: “Sonuncu tələblə bağlı müəyyən anlaşma mümkündür, istisna deyil ki, Trampın dövründə yenilənməyən Soyuq müharibə dövründə silahlanma ilə bağlı razılaşmalara yenidən baxıla bilər. Lakin ilk iki tələbin yerinə yetirilməyəcəyi, xüsusilə NATO-nun Şərqə doğru genişlənməsindən imtina etməyəcəyi məlumdur və bu, qarşıdurmanın davam edəcəyi deməkdir”.
Həmsöhbətimiz qeyd edib ki, ABŞ hazırda əsas cəbhə kimi Ukraynanı görür, hərçənd Rusiyanın Ukraynaya hücum edəcəyi ehtimalı zəifdir: “Burada tərəflərin addımları soyuq müharibə dövründəki vəziyyəti xatırladır. Rusiyanın Ukrayna ilə sərhəddə qoşun topladığı haqda məlumatlar var, bu daha çox Donbasda yeni müharibənin qarşısını almağa hesablanıb. Çünki Ukrayna ordusunun son əməliyyatı Donbasda separatçıların duruş gətirə bilməyəcəyini deməyə əsas verir və bu kontekstdə Rusiyanın gedişləri prosesin qarşısını almağa hesablanmış kimi görünür. ABŞ da anlayır ki, Rusiyanın Ukraynaya hücum etmək ehtimalı azdır, lakin bu məsələ üzərindən hərəkət edir, xüsusilə təbliğat kampaniyası genişləndirilir. Fikrimcə bu, Vaşinqtonun Tramp dövründə uzaqlaşan köhnə müttəfiqlərini yenidən öz çətiri altına toplamaq planıdır. Ukrayna cəbhəsində gərginlik yaradılır, Rusiya təhlükəsi böyüdülür və beləliklə, Avropadakı müttəfiqlər təhlükəyə qarşı Vaşinqtonun çətiri altında toplanır. Baş verənlər bu ssenariyə çox bənzəyir. Bu kontekstdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyi mümkündür. Lakin bu sanksiyalar “Şimal axını-2” layihəsini böyük ehtimalla əhatə etməyəcək. ABŞ-ın 2022-ci il müdafiə qanununda da bu məsələ yer almadı. Vaşinqton bununla Avropada qaz problemi yaşayan müttəfiqlərini özündən uzaqlaşdırmaq istəmir. “Şimal axını” layihəsinə maneələr diplomatik yollarla yaradılacaq. Belə ki, bu layihə Almaniyaın yeni kansleri tərəfindən də dəstəklənir, lakin Avropa İttifaqının lisenziya verməsi lazımdır ki, bu məsələdə Brüsseldə ciddi fikir ayrılıqları var. Almaniyanın “Yaşıllar” partiyasından olan yeni xarici işlər naziri də bu məsələdə sərt mövqe nümayiş etdirir. Bu vəziyyət Vaşinqtona imkan verir ki, sanksiyalar tətbiq etmədən də Rusiyanın əsas layihəsinin qarşısını alsın”.
A.Nərimanlının fikrincə, proseslərin inkişafı deməyə əsas verir ki, ABŞ-Rusiya qarşıdurması davam edəcək, bu qarşıdurmada Rusiyaya qarşı müəyyən sanksiyalar da tətbiq edilə bilər. Lakin qarşıdurmanın “isti” mərhələyə keçəcəyi ehtimalı zəifdir və daha çox soyuq müharibə dövründəki kimi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

