Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulmasına aydınlıq gətirilib

Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulmasına aydınlıq gətirilib

29.03.2022 [12:10]

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulması məsələsinə münasibət bildirib.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər. Yəni rəsmi əmək müqaviləsinə əsasən işləyən Vətən müharibəsi iştirakçılarından da icbari tibbi sığorta haqqı tutulur.

Həmçinin əlavə edilib ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30