Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!
08.04.2022 [23:09]
Aparıcı mobil operator işğaldan azad olunmuş ərazilərdə müştərilərinə xidmət göstərən ilk
şirkət olaraq Qarabağa səfərlərini davam etdirir
5 aprel tarixində Azercell Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə səfər etdilər. Xatırladaq ki, ötən ilin aprel ayında dövlət başçısı Prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdur. “Azercell Telekom” da bu konsepsiyaların nəzərdə tutduğu əşyaların internetinə (IoT) əsaslanan daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən Azərbaycanın ilk mobil operatoru oldu və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.
Həkəri çayının sahilində yerləşən Ağalı kəndində Azercell Müştəri Xidmətləri Zəngilanda çalışan abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, çoxsaylı abunəçiyə xidmət göstərilərək 50-dən çox fərqli müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar Zəngilan abunəçiləri üçün ödənişsiz həyata keçirildi.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Azercell-in Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər etmiş və oradakı abunəçilərə ödənişsiz xidmətlər göstərmişdir. Bundan əlavə, “Azercell” şirkəti Şuşada Azercell Eksklüziv ofisini, həmçinin Zəngilanda rəsmi diler mağazasını açacaq.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

