Büdcənin artırılan xərclərinin hansı mənbələr əsasında maliyyələşdiriləcəyi açıqlanıb
20.06.2022 [12:22]
“Cari il üçün qeyri-neft büdcə kəsiri üzrə yuxarı hədd 27,5 faiz səviyyəsində nəzərdə tutulub”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Samir Şərifov qeyd edib ki, dövlət və icmal büdcələrə dəyişikliklər zamanı dövlət borcu üzrə hədəf göstəriciləri üzrə də büdcə qaydasına uyğun olaraq müəyyənləşdirilmiş 20 faiz həddinə də tam riayət olunur. Onun sözlərinə görə, dövlət və icmal büdcələr üzrə zəruri xərclərin aşağıdakı qaydada maliyyələşdirilməsi nəzərdə tutulub:
- Əlavə qeyri-neft gəlirləri hesabına – 1 milyard 351 milyon manat;
- Əlavə neft gəlirləri hesabına – 848 milyon manat;
- Dövlət büdcəsində mövcud olan istifadə edilməmiş xərclərə yenidən baxılma yolu ilə xərclər arasında yerdəyişmələrin aparılması hesabına – 561 milyon manat;
- “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2022-ci ilin əvvəlinə qalığı hesabına 181,0 milyon manat və və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun qalığı hesabına 2,3 milyon manat;
- Dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi daxili borclanma hesabına – 43 milyon manat.
Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma nəticəsində 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29 milyard 198 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 382 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

