8 avqust 1991-ci il...
06.08.2022 [10:12]
Nüvədinin son işğalından 31 il ötür
Yeganə BAYRAMOVA
Erməni şovinistləri tərəfindən XIX əsrdən başlayaraq davam edən cinayətkar siyasət azərbaycanlıların əzəli doğma torpaqları olan Zəngəzurdan tam deportasiya olunmalarına gətirib çıxarmışdı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə Mehri rayonunun Nüvədi kəndini viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.
Nüvədililər ilk dəfə 1905-1907-ci illərdə erməni işğalına məruz qalıblar. Üç ildən sonra, 1910-cu ildə əzəli dədə-baba torpaqlarından qaçqın düşənlər yenə də Nüvədiyə qayıtmışdılar. İkinci dəfə isə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının (ötən əsrin əvvəllərində Mığrı, sonralar Meğri, hazırda isə Mehri adlanır - red.) azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmiş, 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib. Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, Ordubada və Zəngilan bölgələrinə pənah gətiriblər.
Tarixi Azərbaycan torpağı olan və yalnız azərbaycanlıların yaşadığı Nüvədi kəndi 1991-ci il avqustun 8-dək ermənilərin hücumlarına davam gətirə bildi. 1991-ci il avqustun 8-dən 1993-cü il oktyabrın 29-dək, yəni Zəngilan rayonunun Ermənistan tərəfindən işğalına qədər nüvədililər Zəngilanın sərhəddə yerləşən Vejnəli kəndində məskunlaşıblar.
Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

