Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Alban kilsələrinin və mədəniyyətinin gənclərə aşılanması istiqamətində layihə həyata keçirilib

Alban kilsələrinin və mədəniyyətinin gənclərə aşılanması istiqamətində layihə həyata keçirilib

14.11.2022 [18:16]

10-14 noyabr 2022-ci il tarixində  Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yarıdmı, “Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın milli-mənəvi irsi olan Alban kilsələrinin və mədəniyyətinin gənclərə aşılanması” adlı layihə həyata keçirilib.

Layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə layihənin məqsədi və görüləcək işlər barədə bəhs olundu. Ekspert tərəfindən layihə iştirakçılarına Alban tarixi, onun mədəni irsi, dini inancları, abidələri, Çar Rusiyası dövründə ermənilər tərəfindən saxtalaşdırılması və bugünki əhəmiyyəti haqqında ətraflı məlumatlar verildi. Qeyd olundu ki, əfsuslar olsun regiona süni yolla köçürülən erməni tayfaları islamdan sonra xristianlığa aid olan mədəniyyət abidlərinə sahib çıxmağa, saxtalaşdırmağa başlamışdılar.

   Layihənin ikinci mərhələsi isə qeyd edilən abidələrə ekskursiyanın təşkil edilməsi oldu. Dörd günlük seminardan sonra layihə iştirakçılarını Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana kilsəsinə, Corati kilsəsinə, Udin ocağına və Azərbaycan xalqının mültikultural dəyərlərə sahib olduğunun nümunəsi kimi Oğuz rayonunda yerləşən qədim yəhudi sinaqoquna səfər təşkil edildi. Qeyd edək ki, Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və 2020-ci ildə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidən istifadəyə verilmişdi.

Tədbir iştirakçıları həm nəzəri, həm də praktiki olaraq Alban tarixi və onunu mədəni irsi barədə məlumatlandırıldılar.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30