Rusiyaya qarşı tətbiq olunması gözlənilən 10-cu sanksiyalar paketinin detalları bilinib
13.02.2023 [11:01]
Rusiyaya qarşı tətbiq olunması gözlənilən 10-cu sanksiyalar paketinin detalları açıqlanıb.
Bu barədə "Politico" nəşri Brüsseldəki diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Aİ-nin yeni sanksiyalar paketinə dörd Rusiya bankı, həmçinin milyarder Mixail Fridman tərəfindən təsis edilən ölkənin ən böyük özəl bankı “Alfa-Bank” daxildir.
"Politico"nun məlumatına görə, yeni sanksiyalar siyahısına Polşa, Baltikyanı ölkələr, Almaniya, Fransa və digər ölkələr tərəfindən təklif edilən 130-a yaxın qurum və şəxsin adı daxil ediləcək ki, bunlara Rusiya hərbi rəhbərləri, Rusiya tərəfindən Ukraynada işğal olunmuş ərazilərə təyin edilmiş məmurlar, Rusiyanın dövlət mediası və “Russia Today” üçün çalışan jurnalistlər, habelə Rusiyanın müharibə səyləri və ya "Vaqner" muzdlu qruplaşması ilə əlaqəsi olan digər ölkələrdəki şirkətlər və şəxslər daxildir.
Yeni paketdə Aİ-də elektrik şəbəkələri və ya qaz provayderləri kimi mühüm infrastruktur şirkətlərinin idarə heyətində xidmət edən Rusiya vətəndaşlarına da məhdudiyyətlər tətbiq olunması gözlənilir:
“Rusiya istehsalı asfaltın və ya bitumunun (neft məhsulu) Aİ-yə idxalına və Aİ mallarının Rusiyaya ixracına əlavə ticarət qadağaları, o cümlədən yük maşınları, digər ağır nəqliyyat vasitələri, tikinti maşınları, nasoslar və tikinti sektorunda istifadə olunan digər maşınların idxalına qadağanın tətbiqi planlaşdırılır. Paket həmçinin Rusiyanın silah istehsalında istifadə edə biləcəyi elektron komponentlərə əlavə ixrac qadağalarını da əhatə edir. Səlahiyyətlilər almazların paketə daxil olub-olmayacağının aydın olmadığını bildirib”.
Brüssel həmçinin Rusiyaya neft ixracına dair sanksiyalardan yayınmağa kömək etməkdə şübhəli bilinən Dubayda yerləşən gəmiçilik şirkətini siyahıya salmağı planlaşdırır.
Şirkətin Rusiyaya məxsus şirkətlərə Aİ və beynəlxalq sanksiyalar səbəbindən artıq neft daşımağa icazə verilməyən bir neçə Rusiya neft tankeri aldığı güman edilir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

