İsrail Təhlükəsizlik Akademiyası: Ermənistan terrorizmə və regional cinayətkarlığa yol açır
15.04.2023 [11:45]
Azərbaycan əsgərinin Ermənistanda işgəncəyə məruz qalması ağır cinayət halıdır. Bu barədə İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə AzərbaycanRespublikasındakı Regional Nümayəndəliyinin bəyanatında deyilir.
Nümayəndəliyin yeniazerbaycan.com-a daxil olan bəyanatında qeyd olunur ki, müharibə qanunlarına görə hətta hərbi əməliyyatlar zamanı əsir düşən hərbçilərə və mülki vətəndaşlara işgəncə vermək,‚ şəxsiyyəti alçaldıcı hər hansı hərəkətlər etmək qəti qadağandır.
“Bu hal məhz beynəlxalq hüquq və qanunlarla cinayət əməli hesab edilir. Həmçinin mövcud beynəlxalq konvensiyalara əsasən qeyri-müharibə vaxtı təsadüf nəticəsində əsir düşmüş və ya əsir götürülmüş hərbçilərə və qeyri-hərbçilərə,‚ mülki sakinlərə qarşı milli‚ irqi və dini zəmində kin və nifrətdən qaynaqlanan şəxsi düşmənçilik məqsədilə fiziki zor tətbiq edilməsi‚ xüsusi qəddarlıq və amansızlıqla işgənclər verilməsi‚ onların şəxsiyyətinə qarşı alçaldıcı hərəkətlər edilməsi barbarlıq,‚ terroristlik,‚ canilik,‚ vəhşilik və vandalizm aktıdır. Şəxsin şərəf və mənliyinin alçaldılması məqsədilə edilən bütün vandalizm hərəkətləri irqi zəmində kin və nifrətdən qaynaqlanan şəxsiyyətə qarşı fiziki və mənəvi terror aktıdır. Vandalizm və terrorun forma və kateqoriyalarından asılı olmayaraq bütün növləri beynəlxalq qanunlarla ən ağır cinayət əməlidir”.
Ermənistana əsir düşmüş Azərbaycan əsgərinin fiziki və mənəvi cəhətdən işgəncəyə məruz qalması yuxarıda sadalanan qəbildən olan terror halıdır, - deyə bəyanatda vurğulanır.
“Baş verən hadisə Ermənistan dövlətinin və erməni xalqının iç üzünü açıb ortaya qoyur. Azərbaycan hərbçisinə qarşı törədilən cinayət hadisəsi Ermənistan dövləti və erməni xalqının nə qədər barbar və vandal olduğunu göstərir. Heçbir müharibə qanunlarında əsirə işgəncə etmək yoxdur və bu hal beynəlxalq qanunlarla qəti qadağandır və ağır cinayət hadisəsidir. Ermənistan bir daha beynəlxalq hüquq normalarını tapdaladığını sərgiləmiş oldu. Bu hal bir daha göstərir ki‚ beynəlxalq hüquq tendensiyalarının və beynəlxalq qanunların Ermənistan üçün heç bir önəmi yoxdur və beynəlxalq qanunlar,‚ fundamental hüquq bu dövlət üçün əhəmiyyət kəsb etmir. Bu da o deməkdir,‚ Ermənistan beynəlxalq qanunlardan kənar,‚ qəsbkar və terrora meylli bir dövlətdir. Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin qəflətən və anidən Laçın rayonu istiqamətində Azərbaycan rdusunun hərbi qulluqçularına hücum etməsi və hərbi təxribatlar törətməsi də ağır terror hadisəsidir və bir ölkənin suveren sərhədlərinə qarşı törədilmiş hərbi cinayət halıdır. Baş verən erməni təxribatı və terroru nəticəsində Azərbaycan hərbçilərinin həlak olmasının məsuliyyəti Ermənistan silahlı qüvvələrinin,‚ həmçinin bilavasitə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir. Ermənistan kənar qüvvələrin,‚ məhz havadarı İran molla rejiminin diktəsi və təhriki ilə bölgədə eskalasiya yaratmağa və hərbi təxribat törətməyə,‚ bir sözlə terror dalğası əsdirməyə və qan tökməyə can atır. Azərbaycanla şərti sərhəddə törədilən terror, hərbi təxribat əməlində və əsir düşmüş Azərbaycan hərbçisinə qarşı qeyri-etik hərəkətlər,‚ fiziki zor tətbiqi və işgəncə etməsi insanlıq xarici olan əməldir‚ barbarlıq, terrorislik və vandalizm faktıdır. Bütün bunlar Ermənistan dövlətinin qeyri-insani simasını və vandallığını göstərmiş olur”.
Bəyanatda, həmçinin qeyd olunur ki, Ermənistan dövləti öz havadarlarının diktəsilə bölgədə terror və təxribat yaratmağa,‚ hər vəchlə və bütün vasitələrlə bölgənin təhlükəsizliyini pozmağa çalışır: “Aydın görünür ki, Ermənistan dövləti qəsbkarlıq və işğalçılıq siyasətindən əl çəkməyərək terror təşkilatları və terror dövlətləri ilə birgə regional sülhü, sabitliyi və regional təhlükəsizliyi pozaraq məhz terror dövləti olan İranın dəstəyi və yardımı ilə regional cinayətlər törədir. Ermənistanın bölgədəki bütün hərbi təxribat və diversiya hərəkətlərini,‚ kəşfiyyat və pozuculuq fəaliyyətini,‚ terror və vandalizm halları törətməsini,‚ həmçinin bütün bunların fonunda Azərbaycan hərbçisinə qarşı həyata keçirilən işgəncə və barbarlıq faktını şiddətlə pisləyirik. Aidiyy beynəlxalq hüquq təşkilatları hüquqi və siyasi dairələr,‚ beynəlxalq ictimaiyyət bütün bu barbarlıq,‚ təxribat və hərbi cinayət əməllərini görməlidir. Beynəlxalq hüquq Azərbaycan dövlətinin tərəfindədir. Azərbaycan bu məsələdə tam haqlıdır və Azərbaycan dövlətinin, xalqının haqlı mövqeyini tam dəstəkləyirik və hər zaman regional cinayətkarlığa, regional terrorizmə qarşı mübarizədə Azərbaycan dövlətinin və xalqının yanındayıq”, - bəyanatda vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

