Qarabağa səfər edənlərin nəzərinə...
16.05.2023 [11:33]
İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi prioritet məsələlər sırasında ilk yerlərdə qərarlaşıb. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Həm işğal dövründə, həm də sonrakı dövrdə Qarabağda basdırılan minalar, demək olar ki, hər gün günahsız insanların canını alır. Baş Prokurorluğun yaydığı məlumata görə, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub.
Aidiyyəti qurumların ictimaiyyətə təqdim etdiyi statistik göstəricilər təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara növbəti dəfə müraciət ünvanlayıb. Qurum işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb. Müraciətdə oxuyuruq: "İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar. Belə ki, vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, ermənilər həm işğal, həm də postmünaqişə dövründə bölgəyə çoxsaylı mina döşəyib, xeyli sayda partlamamış mərmi basdırıblar. Ekspert diqqətə çatdırıb ki, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib: “Bu məsələyə qətiyyən biganə qalmaq olmaz. Dövlət başçısı mütəmadi bu problemi gündəmə gətirir, minalı ərazilərin xəritəsinin verilməsi məsələsini qaldırır. Ermənistan bəzi hallarda üzərinə öhdəlik götürsə belə bunu icra etməkdən imtina edirlər, yaxud həqiqəti əks etdirməyən xəritələri verirlər. Dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq ki, işğaldan azad olunmuş ərazilərimizdə hələ də yüz minlərlə mina var və bu da insan tələfatına səbəb olur. Sakit durmaq, beynəlxalq təşkilatlardan incik və küskün formada, fəaliyyətsiz dayanmaq olmaz. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz. Ermənistan sadalanan bütün hüquq normalarına arxa çevirib.”
Çingiz Qənizadənin sözlərinə görə, regionda sülh və əmin-amanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, mina partlayışı nəticəsində həlak olanların sayı artmazdı: “Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
Ç.Qənizadə deyib ki, bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmirlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”.
Nicat DİLQƏMLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

