Meşə yanğınları: insan amili, yoxsa təbii faktor..
10.07.2023 [16:32]
M.BAYRAMLI
Son günlər dünya ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzulardan biri də meşə yanğınlarıdır. Bir çox ölkələrdə meşə yanğınları onlarla insanın həyatına son qoyub, yüzminlərlə hektar meşə sahələri məhv olub. Məsələn, ilin əvvəlindən Kanadada meşə yanğınları 9 milyon hektar ərazini məhv edib, aktiv yanğınların sayı isə 590-a çatıb. Yangınlar hələ də tam nəzarətə götürülməyib. Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb. Kanadada meşə yanğınlarının aradan qaldırılmasına on ölkədən ən azı 1,8 min xarici yanğınsöndürən cəlb edilib.
Ölkəmizdə də vəziyyət heç ürəkaçıcı deyil, hərçənd ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur. Bu günlərdə Xızı və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar baş verib. Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub. Yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.
Araşdırmalara görə, dünyada son dövrlər baş verən meşə yanğınları, ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlanır. Bundan başqa, meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır. Təhlükəsizlik məsələləri üzrə ekspert Etibar Quliyev yeniazerbaycan.com -a açıqlamasında bildirib ki, meşə yanğınları hadisəsi Azərbaycandan da yan keçmir. Onun sözlərinə görə, insan faktoru ilə yanaşı, meşə yanğınlarına havaların isti keçməsi, iqlim dəyişkənliyi, antropogen amillər də səbəb olur: “Adətən baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Ona görə də vətəndaşlarımız məsuliyyətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

