/ / İcma: Fransa Prezidentinin və xarici işlər nazirinin açıqlamaları rəsmi Parisin Azərbaycana düşmən münasibəti davam etdirdiyini göstərir
İcma: Fransa Prezidentinin və xarici işlər nazirinin açıqlamaları rəsmi Parisin Azərbaycana düşmən münasibəti davam etdirdiyini göstərir
29.08.2023 [17:49]
Fransa Prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu göstərir ki, rəsmi Paris bütün səviyyələrdə və platformalarda Azərbaycana qarşı düşmən münasibətini davam etdirir. İrqçiliyə qarşı etirazları polis gücü ilə yatıran və bu hadisələr fonunda dünyada imici darmadağın olan, Afrika qitəsində dalbadal biabırçı məğlubiyyətlərə düçar olaraq ölkələrdən qovulan Fransa, görünür, Azərbaycana qarşı hansısa addımların atılması ilə təskinlik tapmaq istəyir.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransa Prezidenti və xarici işlər nazirinin qərəzli açıqlamaları ilə bağlı bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub: “Fransa xarici işlər nazirinə xatırladırıq ki, “əxlaqsızlıq” Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan, özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan, Sakit okeanda keçirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərərlər yetirən, Korsika dilini qadağan edən Fransanın hərəkətidir.
Ermənistanın 1987-1991-ci illərdə azərbaycanlıların hamısını öz ərazisindən vəhşicəsinə qovmasına, 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etməsinə, oradan 800 minə yaxın azərbaycanlını qovmasına, Azərbaycanın 900-dən artıq şəhər və kəndini yer üzündən silməsinə, 20 mindən artıq azərbaycanlını qətl etməsinə, Qaradağlı, Xocalı, Malıbəyli, Meşəli, Ağdabanda qətliamlar törətməsinə göz yuman Fransa xarici işlər nazirinin indi Azərbaycanı “etnik təmizləmə” niyyətində olmaqda ittiham etməsi bu əxlaqsız siyasətin növbəti təzahürüdür.
Artıq bütün dünyaya aydındır ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını əngəlləməyə çalışır. Fransa mənəviyyata, beynəlxalq hüquqa həqarət olan islamofobiya, Azərbaycanofobiya siyasətinə, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmağa son qoymalıdır.
Qərbi Azərbaycan İcması tarixi soyqırımı, müstəmləkəçilik və ədalətsizliklərlə dolu Fransanın öz siyasətinin mənfur mahiyyətini pərdələmək üçün insan hüquqları kimi nəcib dəyərlərdən sui-istifadə etməsinə imkan verməyəcək və onun ikili standartlar maskasını yırtmaqda davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

