Doqquzuncu gün...
06.09.2023 [10:35]
Xoş mərama anlaşılmaz etiraz
Yeganə BAYRAMOVA
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardım artıq 9-cu gündür ki, Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısındadır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyiblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan içərisində 40 ton un olan 2 TIR yola salınıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Humanitar fəlakətlə” üzləşənlərin onlara ünvanlanan yükə sahib çıxmaması, “aclıq şousu” təşkil edənlərin hər gün bir hava çalması ölkəmizin hər bir sakinində narazılıq doğurur: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu humanist addımına erməni tərəfinin münasibəti heç cür başadüşülən deyil. Bu cür hərəkətlər açıq şəkildə göstərir ki, qondarma rejim və separatçılar ölkəmizin həmin bölgəsində yaşayanların cəmiyyətə inteqrasiyasında maraqlı deyillər!”.
Birlik sədrinin sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükü göndərməsi Qarabağda yaşayan ermənilərin taleyindən “narahat” olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun açıq olduğunu göstərir: “Laçın yolunun siyasiləşdirilməsinə və ya ona hər hansı bir xüsusi funksiya verilməsinə nə ehtiyac var? Əvvəla, erməni milliyyətindən olanların yaşadığı ərazi tarixi Azərbaycan torpağıdır. Bunu Ermənistan rəsmiləri də etiraf ediblər. İkincisi, həmin ərazidə yaşayanların hansısa problemi varsa, bu, Azərbaycan hökumətinin səlahiyyətlərinə aiddir və bunu Azərbaycan hökuməti də həll etməlidir. Onların ağlı yenə də ötən əsrin 80-ci illərinin axırlarına, 90-cı illərinin əvvəlinə gedir. Yenə də özlərinin ağır vəziyyətdə və “blokada şəraitində” yaşadıqlarını, məhrumiyyətlərə düçar olduqlarını, aclıq çəkdiklərini aləmə car çəksinlər. Məqsəd ancaq gərginlik yaratmaq, bölgədə qeyri-müəyyənliyi uzatmaq və mövcud vəziyyətdən Azərbaycanın əleyhinə istifadə etməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

