Yüz ilin ən güclü zəlzələsi - Bakı zəlzələsi
29.11.2023 [10:50]
M.BAYRAMLI
Tarix: 25 noyabr 2000-ci il. Saat 21:30- radələri... Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərdən biri oldu. Paytaxt Bakıda 6,8 bal gücündə hiss olundu.
Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkdi. Məlumata görə, 30 nəfərin həyatına son qoydu. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmadı. Bakının köhnə sovet binaları güclü zəlzələyə davam gətirə bilmişdi. Ardından kiçik maqnitudalı zəlzələlər qeydə alındı. Hadisə insanlar arasında şok effekti yaratmışdı. Zəlzələnin təsirinə məruz qalan ərazilərə qiymətləndirmə qrupları göndərildi. 19 ailə üç ağır zədələnmiş binadan evakuasiya edildi. Məktəblər müvəqqəti olaraq bağlanıldı.
Tarix boyu Azərbaycanda baş verən və böyük dağıdıcı zəlzələlər
Tarixə nəzər salsaq, Azərbaycanda böyük dağıdıcı zəlzələlər baş verib. Yazılı mənbələrdə qeydə alınmış ilk zəlzələ Gəncə şəhəri yaxınlığında, bizim eranın 427-ci ilində baş verib. Cəmi bir neçə əsr sonra burada dünya tarixinin ən böyük zəlzələlərindən biri baş verdi. Çiçəklənən Gəncənin xarabaya çevrilməsinə səbəb oldu. 30 sentyabr 1139-cu ildə Gəncə şəhəri yaxınlığında 11 bal gücündə zəlzələdə 230 mindən 300 minə qədər insan həlak oldu.
Eləcə də 1192-ci ildə Şamaxıda baş verən təbii fəlakət Şirvanşahların paytaxtının darmadağın olması ilə nəticələnir. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakıya köçürülür. Şamaxının fəlakətləri bununla da bitmək bilmir. 1667-ci il zəlzələsində təqribən 80.000 nəfər həlak oldu. 1668-ci il zəlzələsi isə yeni fəlakətə səbəb oldu. Şamaxıda hər şey alt-üst oldu, elə dağıldı ki, heç bir bina qalmadı. Bu fəlakəti 1669 və 1671-ci illərdə yeni dağıdıcı zəlzələlər izlədi.
1859-cu ildə Şamaxıda daha bir dəhşətli zəlzələ baş verdi. Quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Beləliklə, Şamaxı quberniya şəhəri statusunu itirdi. 20 mindən artıq əhalinin evsiz qaldığı bu zəlzələdə iki mindən artıq sakin həlak oldu.
Eləcə də 1999-cu il Ağdaş zəlzələsi, 2012-ci il Zaqatala zəlzələsi, 2015-ci il Şəki, 2019-cu il İsmayıllı zəlzələsi və digər xırda təkanlar bəzi tələfatlara səbəb olsa da öz miqyası və dağıdıcı miqyasına görə ötən əsrlərdə baş vermiş zəlzələlərlə müqayisə belə oluna bilməz.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51

