Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rumın xalqı Milli Gününü qeyd edir

Rumın xalqı Milli Gününü qeyd edir

01.12.2023 [13:40]

Mikayıl

Bu gün rumın xalqı Milli Gününü qeyd edir. 

Bir az dost Rumıniya dövləti və xalqının zənginlikləri ilə tanış olaq. 
Avropanın şərqində, Qara dəniz sahilində yerləşən Rumıniyanın ərazisi 238,4 min kvadratkilometr, əhalisinin sayı son məlumatlara əsasən təxminən 19 milyon nəfərdir. Rumıniya ərazisinin genişliyinə görə Avropada 12-ci, dünyada isə 82-ci sıradadır. 
Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər).
Ölkə cənub və şərq əraziləri istisna olmaqla başdan-başa dağlarla əhatə olunur. Əsas dağları Karpatdır. Hazırda Rumıniyada 2 min metrdən artıq yüksəkliyi olan 40-dan çox dağ var. 
Rumıniya ərazisi yerüstü çay və göllərlə zəngindir. Avropanın ən uzun çayı olan Dünay bu ölkəni iki hissəyə kəsərək Qara dənizə tökülür.
Rumıniya Avropadakı ən qədim insan məskənlərinin tapıldığı ölkədir. 2002-ci ildə Rumıniyanın qərbindəki bir mağarada kəşf edilən (Sümüklü Mağara rum. Peştera cu Oyasa) bu qalıqların 42 min il əvvələ aid olduğu təxmin edilməkdədir. Rumıniya torpaqlarında qurulan ilk dövlət Trakiyalıların qurduğu Daçiya Krallığıdır. Bu dövlət 101-107 illər arasında Roma İmperatoru Trayanın orduları tərəfindən işğal edilərək Roma İmperiyasının əyalətinə çevrilib. Roma imperiyası çökəndən sonra bu torpaqlar qotlar, hunlar, avarlar, slavyanların zəbtinə uğrayıb. 9-11-ci əsrlər arasında Birinci Bolqar Dövlətinin bir parçasına çevrilən Rumıniya, eyni zamanda, macar, peçenek, kuman və tatarlar tərəfindən işğala məruz qalıb. Rumınlar ilk dəfə 14-cü əsrdə özlərinə aid dövlət qurmağı bacarıblar. Bu dövlətlər 1310-cu ildə I Basarab tərəfindən qurulmuş Valaxiya Bəyliyi və 1352-ci ildə Dragoş tərəfindən qurulmuş Moldova dövlətidir.
15-ci və 16-cı əsrlərdə bu torpaqlar Osmanlı Dövlətinin himayəsi altına keçib. Ancaq osmanlılar Rumıniyanı heç bir zaman bütünlüklə ilhaq etmədilər. Buxarest və Yassı kimi böyük Rumıniya şəhərlərində tez-tez Osmanlı vətəndaşlarına rast gəlinirdisə də, sayları az idi. Bu şəhərlər heç vaxt Sofiya, Belqrad, Saloniki və ya Skopye kimi Osmanlı xarakteri qazanmadı. XVIII əsrə qədər Valaxiya və Moldovanın voyvodaları rumınların arasından seçilərdi. Bu vəziyyət 1826-cı ildə Yunanıstanın müstəqilliyini qazanmasına qədər davam etdi.
İkinci dünya müharibəsi illərində Rumıniya Almaniyanın satileti idi və ölkədə Antonesku diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi, ölkədə Xalq Respublikası elan edildi. Amma 1989-cu ildə 22 il hakimiyyətdə olan Çauşevski devrildikdən sonra isə Rumıniya Qərb institutlarına meylləndi. NATO-nun üzvü olan Rumıniya bu gün həm də Avropa Birliyinin subyektidir.

Rumıniya əhalisinin 90 faizi rumınlar olsa da, burada digər xalqların nümayəndələri də yaşayır. Onlardan ən çoxu macarlar (6,6 faiz), qalanları ukraynalılar, almanlar, türklər, tatarlar, serblər, slovaklar, bolqarlar, qaraçılar və sairdir. Əhalinin 87 faizə qədəri ortodoks, 4,7 faiz kotolik, 3,7 faizi protestant və sairdir. Ümumi sayları 80 min civarında dəyişən türk və tatarlar isə müsəlmanlardır. 
Rumıniyada orta yaş dövrü 72 yaşdır. 
Ən böyük şəhərləri Buxarestdir (ətrafı ilə birlikdə 2,1 milyon nəfər). Rumıniyanın 5 şəhəri böyüklüyünə görə Avropa İttifaqının ən iri şəhərləri siyahısına daxildir. Bunlar Yassı, Konstansa, Temeşoara, Braşov və sairdir.Bundan başqa, Rumıniyada əhalisinin sayı 200 mindən çox olan 5, 100 mindən artıq olan 13 şəhəri mövcuddur. 
Rumıniya iqtisadiyyatı son illər inkişaf etməyə başlayıb. 

Rumıniya füsunkar təbiətə malik ölkədir. Dağlar, meşələr, çay və göllər – turistləri valeh edən hər bir təbii gözəlliyi bu ölkədə görmək mümkündür. Üstəlik, tarixi abidələri də çoxdur deyə xarici turistlərin diqqətini çəkməkdədir. Əlbəttə, turizm sənayesinin inkişafı ölkə büdcəsinə xeyli vəsait qazandırır.
Ticarət sahəsi xeyli genişlənib və turizmdən sonra, ölkə iqtisadiyyatına ən böyük töhfə verən sahəyə çevrilib. Dünya Səyahət və Turizm Şurasının məlumatın əsasən, Rumıniya turizm sahəsindəki inkişafı baxımından dünyanın 4-cü ölkəsidir. Bu sahə ötənilki məlumata əsasən, ildə 8 faiz inkişaf edib. 
Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan dövlətdir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 16-da qurulub. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31