“Heydər Əliyev İli”ndə daha 200 şəhid ailəsi və qazi sevindi
26.12.2023 [10:21]
Sosial dövlət olan Azərbaycanda şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilir. Canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə cəmiyyətdə böyük hörmət bəslənilir. Qəhrəman hərbiçilərimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə göstərdikləri misilsiz fədakarlıqlar hər yerdə hər zaman minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı və diqqət göstərilməsi Azərbaycan dövlətinin davamlı səciyyə daşıyan dərinməzmunlu sosial siyasətində xüsusi yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkərək vurğulayıb: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir”.
Mənzillərlə təminat proqramı
Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Dünyada hansısa bir səbəbdən müharibəyə cəlb olunan ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və yaxud əlillik qazanan hərbiçilərə dövlət tərəfindən inşa olunan mənzillər verilmir. Götürək elə məğlub Ermənistanı. Bu ölkədə bəlli kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması yada da düşmür, onlara Prezident İlham Əliyevin təbirincə desək, heç daxma da verilmir. Respublikamız isə dünya üzrə müharibədə həlak olan hərbiçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbiçilərimizin ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.
Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi planlaşdırılır. Bu proqramın əhatə dairəsi getdikcə genişlənir. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Şəhid ailələrinə və qazilərə yeni xoş müjdə
Respublikamızda müvafiq kateqoriyadan olan ailələrin və şəxslərin mənzillə təminatı tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb. İş elə gətirib ki, artıq sona yaxınlaşan
“Heydər Əliyev İli”ndə şəhid ailələri və qazilər bir neçə dəfə hər cür rahatlıqlara malik mənzillərlə təmin olunmağın sevincini yaşayıblar. Bu kateqoriyadan olan ailələrin və şəxslərin daha bir qrupu dövlət vəsaiti hesabına inşa edilən mənzillərlə təmin olunmağın xoş müjdəsini alıblar. Belə ki, bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Qurumdan “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, 4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təqdim edib. Bu münasibətlə keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının 5 dəfə genişləndiyi vurğulanıb. Hazırda yeni təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1300, postmüharibə dövründə 5800, ümumilikdə ötən dövrdə 14600 mənzil və fərdi ev verilib.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

