MSK katibi: “Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı üçün yüksək şərait yaradılıb”
19.01.2024 [10:41]
“Qanunvericiliyin tələbinə əsasən, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı təmin edilir. Seçki Məcəlləsinin 17-ci maddəsinə görə, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan şəxslərin, eləcə də uzaq məsafədə yaşayan, yolu çətin keçilən ərazilərdən gələn seçicilərin səsvermədə iştirakı üçün bütün imkanları yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsində isə qeyd olunur ki, əlillik səbəbindən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçici istədiyi şəxsi (məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa) kömək üçün kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir”. Bunu secki-2024.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası qanunvericilikdən irəli gələn bu şərtləri yüksək təminatla yerinə yetirir:
“Əlilliyi olan seçicilərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımlar atılır. Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslər üçün seçki məntəqələrinə pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququ olan fiziki qüsurlu şəxslər haqqında nazirlikdən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir”.
M.Rəhimov bildirib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün “Brayl əlifbası” ilə seçki bülletenlərinin çap edilməsi də həyata keçirilir: "Bu məqsədlə MSK Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir. Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə verilir. Paralel olaraq, eşitmə qabiliyyəti məhdud olan şəxslərin maarifləndirilməsi işi də həyata keçirilir”.
MSK katibi əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair tələbləri də özündə əks etdirir: “Bu Konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. Azərbaycan 2008-ci ildə bu konvensiyaya qoşulub və irəli gələn öhdəliklərin hamısını icra edir”.
M.Rəhimov diqqətə çatdırıb ki, əlilliyi olan vətəndaşlar fevralın 7-nə təyin edilmiş prezident seçkilərində öz iradələrini sərbəst və şəffaf şəkildə ifadə etmək imkanına sahib olacaqlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

