Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəfər zirvəsində...

Zəfər zirvəsində...

02.02.2024 [15:03]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naftalan şəhərində qadın seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər  təşkilatının sədri Rövlan Heydərov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Ulduz Mayılova və Elsivar Qəmbərov çıxış ediblər.

Çıxışlarda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazandığı, söz sahibinə çevrildiyi qeyd olunub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası qazanılan nailiyyətlərinin zirvə nöqtəsidir.

Natiqlər seçiciləri prezident seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. 

Seçicilər artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31