Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ölümün hər an izlədiyi HƏMAS lideri

Ölümün hər an izlədiyi HƏMAS lideri

08.08.2024 [12:40]

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də öldürülməsindən sonra əsas müzakirə mövzularından biri onu bu pos?da kimin əvəzləyəcəyi ilə bağlı idi. Xatırladaq ki, İsmayıl Haniyəyə qarşı sui-qəsd Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb. Qətərdə yaşayan  İsmayıl Haniyə məhz İranın yeni seçilən dövlət başçısının inaqurasiya mərasimində iştirak etmək məqsədilə Tehrana gəlmişdi. Yəhya Sinvar İsmayıl Haniyənin ölümündən sonra onu əvəzləməyə iddialı olan iki namizəddən biridir. Məlum terror hadisəsi baş verəndən az sonra “Reuters” HƏMAS mənbələrinə istinad etdiyini bildirməklə yeni liderin adının məlum olduğu barədə xəbərlər tirajladı. Həmin xəbərdə daha əvvəl İsrailin sui-qəsd cəhdindən sağ çıxan Xalid Məşəlin Haniyənin yerinə gələcəyi bildirilirdi. Xalid Məşəl HƏMAS-ın siyasi liderlərindən biridir. O, 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxdıqdan sonra İordaniyadan deportasiya edilib. Suriyaya köçən Məşəl 2004-cü ildə Şeyx Əhməd Yasin İsrail tərəfindən öldürüldükdən sonra HƏMAS-ın siyasi lideri seçilib. O, 2004-2012-ci illərdə Suriyada qalıb. Vətəndaş müharibəsi başlayandan sonra Suriyanı tərk edərək Qətərdə məskunlaşıb.

Məşəl barədə verilən məlumatlarda bildirilir ki, zamanında Qəzzada onunla HƏMAS liderləri arasında gərginlik yaşanıb. Onun güzəştə getmək cəhdləri Qəzzada HƏMAS-ın digər liderləri tərəfindən qəzəblə qarşılanıb. Məşəl gərginlikdən sonra istefa verib və 2017-ci ildə kreslosunu İsmayıl Haniyəyə ötürüb. Daha sonra o, 2021-ci ildə Fələstin diaspor?nda HƏMAS ofisinin rəhbəri təyin edilib.

Lakin artıq Məşəlin İsmayıl Haniyəni əvəzləyəcəyi barədə iddialar keçmişdir. Artıq HƏMAS-da liderlik Yəhya Sinvara keçib. Belə ki, o,  HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Bununla bağı hərəkatın yaydığı bəyanatda vurğulanır:  “HƏMAS İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edir”.
 
İsmayıl Haniyənin faciəli şəkildə ölümü çoxsaylı suallar yaradırdı ki, onlardan biri də məhz varislik mövzusu ətrafında idi. Bəzi analitiklər ehtimallar irəli sürərək bildirirdilər ki, indiki həssas dönəmdə, İsrailin HƏMAS-a ağır zərbələr vurmasının, liderin öldürülməsinin fonunda hərəkatın Siyasi Bürosuna yeni rəhbər tapmaq asan olmayacaq. Ancaq gözlənildiyi kimi belə ehtimallar özünü doğrultmadı və cəmi bir neçə gündən sonra  HƏMAS-da İsmayıl Haniyəni əvəzləyəcək yeni simanın adı bəlli oldu. Bu, hərəkatın Qəzza qolunun lideri Yəhya Sinvardır.

İki namizəddən biri

Yəhya Sinvar İsmayıl Haniyənin öl?mündən sonra onu əvəzləməyə iddialı olan iki namizəddən biridir. Məlum terror hadisəsi baş verəndən az sonra “Reuters” HƏMAS mənbələrinə istinad etdiyini bildirməklə yeni liderin adının məlum olduğu barədə xəbərlər tirajladı. Həmin xəbərdə daha əvvəl İsrailin sui-qəsd cəhdindən sağ çıxan Xalid Məşəlin Haniyənin yerinə gələcəyi bildirilirdi. Xalid Məşəl HƏMAS-ın siyasi liderlərindən biridir. O, 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxdıqdan sonra İordaniyadan deportasiya edilib. Suriyaya köçən Məşəl 2004-cü ildə Şeyx Əhməd Yasin İsrail tərəfindən öldürüldükdən sonra HƏMAS-ın siyasi lideri seçilib. O, 2004-2012-ci illərdə Suriyada qalıb. Vətəndaş müharibəsi başlayandan sonra Suriyanı tərk edərək Qətərdə məskunlaşıb.
Məşəl barədə verilən məlumatlarda bildirilir ki, zamanında Qəzzada onunla HƏMAS liderləri arasında gərginlik yaşanıb. Onun güzəştə getmək cəhdləri Qəzzada HƏMAS-ın digər liderləri tərəfindən qəzəblə qarşılanıb. Məşəl gərginlikdən sonra istefa verib və 2017-ci ildə kreslosunu İsmayıl Haniyəyə ötürüb. Daha sonra o, 2021-ci ildə Fələstin diaspor?nda HƏMAS ofisinin rəhbəri təyin edilib.
Lakin artıq Məşəlin İsmayıl Haniyəni əvəzləyəcəyi barədə iddialar keçmişdir. Artıq HƏMAS-da liderlik Yəhya Sinvara keçib. Belə ki, o,  HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Bununla bağı hərəkatın yaydığı bəyanatda vurğulanır:  “HƏMAS İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edir”.

Yəhya Sinvar kimdir - qısa dosye

Yəhya Sinvar 1962-ci ildə Qəzza Zolağının Misir hakimiyyəti altında olduğu dövrdə Xan Yunis qaçqın düşərgəsində doğulub. Onun həyatının ilk illəri bu düşərgədə keçib. Ailəsi 1948-ci il müharibəsi zamanı Al-Majdal Asqalandan Qəzza Zolağına sığınıb. Yəhya Sinval orta məktəbi Xan Yunis liseyində bitirdikdən sonra Qəzza İslam Universitetinə daxil olub və burada ?rəb dili üzrə bakalavr dərəcəsi alıb.
Kifayət qədər fəal həyat tərzi sürən Yəhya Sinvar sonradan HƏMAS hərəkatının əsasını qoyanlardan olan Şeyx Əhməd Yasinlə münasibətlər qurub və sonradan ona yaxınlığı ilə tanınıb. O, ötən əsrin səksəninci illərinin sonlarında hərəkatın silahlı qanadının qurulmasında fəal iştirak edib.  Yəhya Sinvar Şeyx Əhməd Yasinin bir sıra mühüm tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib və ona qarşı olan inamı daha da möhkəmləndirib.
Yəhya Sinvarın hərəkatda fəaliyyət illəri asan keçməyib. O, ilk dəfə 1982-ci ildə həbs olunub və bir neçə ay Fara həbsxanasında çəza çəkib. 1988-ci ildə Sinvar iki İsrail əsgərinin qaçırılması və öldürülməsi, həmçinin  İsrail ilə əməkdaşlıqda şübhələndiyi dörd fələstinlinin qətlə yetirilməsi ittihamı ilə günahlandırılır. Həmin ilin fevral ayında həbs olunur. Sinvar cəzasının 22 ilini çəkmiş və HƏMAS-ın beş il girov saxladığı IDF əsgəri Gilad Şalit üçün 2011-ci ildə aparılan məhbus mübadiləsi zamanı 1026 nəfər arasında azad olunan ən yüksək səviyyəli fələstinli məhbus olub. Yəhya Sinvar 2017-ci ilin fevralında keçirilən daxili seçkilərdə Qəzza zolağında HƏMAS-ın lideri seçilib. O, 2021-ci ilin martında keçirilən seçkidə yenidən etimad qazanmağa və postunu qorumağa nail olub. Yəhya Sinvar Qəzzadakı ən yüksək səviyyəli HƏMAS rəsmisi olmaqla yanaşı, Haniyədən sonra hərəkatın ən güclü ikinci siması kimi tanınırdı.

Hər şey Sinvarla başlayır və onunla bitir

HƏMAS-ın digər yüksəksəviyyəli rəsmiləri kimi, Yəhya Sinvar barədə də “öl?mün hər yerdə izlədiyi lider” ifadəsi tez-tez eşidilir. Təkcə ötən ilin oktyabrından bəri onun qətlə yetirildiyi, mühasirəyə alındığı və bu kimi digər xəbərlər yayılıb. Məsələn, ötən ilin noyabr ayında İsrailin müdafiə naziri Yoav Qalant “Sky News”a danışaraq  bildirmişdi ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb. Yayılan məlumatda vurğulanırdı: “Sinvar dünyadan təcrid olunub və hətta yaraqlılarla əlaqə saxlaya bilmir. Bunkerində gizlənir və ortaqları ilə əlaqəsi yoxdur”.
“Yəhya Sinvar bu hücumun komandiridir və o, artıq özünü ölü bilsin”. Bu hədə isə İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Həcəridən mətbuat konfransında gəlmişdi. Həmas liderlərini hədələyən Həcəri daha sonra deyib: “HƏMAS-ın hərbi və siyasi rəhbərliyi, onun bütün aktivləri məhvə məhkumdur”.
Yəhya Sinvarın ünvanına hədələr həmçinin İsrail prezidentinin dilindən səslənib. “Girovları geri qaytarmağın yeganə yolu Yəhya Sinvardan qurtulmaqdır”. “Times of Israel” xəbər verir ki, bunu İsrail prezidenti İsaak Herzoq deyib.
Prezidentin sözlərinə görə, HƏMAS-ın Qəzza lideri Yəhya Sinvarın tutulması və ya öldürülməsi Qəzzada saxlanılan israilli girovlarının azad edilməsində həlledici amildir. “Günün sonunda başqa seçim yoxdur, döyüşməyə davam etməliyik, Sinvarı ölü və ya diri gətirməliyik ki, girovların evə qaytarıldığını görək. Bu, reallıqdır və dünya bunu diqqətə almalıdır: Hər şey Sinvarla başlayır və bitir. O, 7 oktyabr qırğınına qərar verən, günahsız insanların qanını tökməyə çalışan, bütün bölgəni alovlandırmaq, Ramazan ayını məhv etmək üçün çalışan, burada və bölgədə birgə yaşayışı məhv etmək üçün hər şeyi edən şəxsdir. Məhz o, terroru bu regiona yerləşdirməyə çalışır, bütün dünya və bütün region bilməlidir ki, məsuliyyət yalnız onun üzərinə düşür və o, bundan xilas olmayacaq. Biz ona imkan verməyəcəyik”, - deyə  İsrailin dövlət başçısı bildirib.

HƏMAS-da məlum terror hadisəsi ilə əlaqədar lider dəyişikliyindən sonra Yəhya Sinvarın ünvanına təhdidlər daha da şiddətlənib. “HƏMAS lideri tezliklə məhv ediləcək”. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, İsrail HƏMAS lideri Yəhya Sinvarın, eləcə də terror təşkilatının digər yüksək vəzifəli üzvlərinin harada olduğunu bilir. Baş nazir qəti şəkildə anons edib: “Tezliklə onların hamısı məhv ediləcək”.
Bütün ölüm təhdidlərinə baxmayaraq, indiyədək Yəhya Sinvar hansısa bir möcüzə sayəsində onu gözləyən təhlükələrdən qurtulmağı bacarıb. Bundan sonra nələrin baş verəcəyini isə zaman göstərəcək. Hər halda onun özü mübarizənin daha qətiyyətlə aparılacağını bildirir...


Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30