Azərbaycanı iki yerə bölən Gülüstan müqaviləsi
12.10.2024 [09:33]
Tarix boyunca məmləkətimiz ağır sınaqlardan keçib. Azərbaycanın əlverişli coğrafiyada yerləşməsi, zəngin sərvətlərə sahib olması, gözəl təbiəti, münbit torpaqları yadellilərin diqqətini özünə çəkirdi. Qonşuluqda və uzaq xaricdə yerləşən böyük dövlətlər torpaqlarımızı ələ keçirmək, sərvətlərimizə sahiblənmək üçün məkrli planlar qururdular. Buna görə də müxtəlif dövrlərdə yurdumuz qanlı savaşlara şahidlik edib. Xalqımızın zaman-zaman ölüm-dirim mübarizələri aparmasına rəğmən, itkilərimiz də çox olub. Faciələrimizin birinin əsası da tarixin bu günündə - 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran arasında imzalanan müqavilə ilə qoyulub . Sonradan 11 bəndən ibarət olan bu müqavilə tarixə elə “Gülüstan” adı ilə düşüb.
Çoxillik müharibənin kədərli nəticələri
Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-1813 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi sayılan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanıb. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan Elçi imzalayıblar. Azərbaycan ərazilərinin iki imperiya arasında bölünməsi müqavilənin 3-cü bəndi ilə təsbit olunub. Gülüstan müqaviləsinə əsasən, yalnız Rusiyaya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ verilir (maddə 5), ticarət malları üçün beş faizlik gömrük qoyulur, hər iki dövlətin tacirləri daxili gömrük vergilərindən azad olunurdular (maddə 8-10).
Qeyd etdiyimiz kimi, Gülüstan müqaviləsi iki imperiya arasında çoxillik müharibənin nəticəsi olaraq imzalanıb. XVIII əsrdən başlayaraq Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi. 1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında çar manifestindən sonra bütün Cənubi Qafqazı ələ keçirmək üçün perspektiv yarandı. 1803-cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə inadlı müqavimətdən sonra Rusiya tərəfindən işğal olundu.
Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. 1804-cü ilin mayında Azərbaycana bütövlükdə, yiyələnməyə çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması tələbini irəli sürdü. Rusiya bu tələbi rədd etdi və iki dövlət arasında diplomatik münasibətlər kəsildi. Rusiyanın Cənubi Qafqazda genişlənən istilalarının qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı.
Bunun ardından Azərbaycan xanlıqlarının öz müstəqilliklərini itirmələri prosesi sürətləndi. 1805-ci il mayın 14-də Qarabağ xanlığı, mayın 21-də isə Şəki xanlığı Rusiya ilə müqavilələr imzaladılar. Lakin bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi. Çünki Rusiya üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirmədi. Qarabağ xanı İbrahim xan 1806-cı ildə Rusiya işğalçıları tərəfindən xaincəsinə qətlə yetirildi və 1822-ci ildə xanlıq ləğv edildi.
Şimali Azərbaycanın ən böyük xanlığının - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına çatdı. 1806-cı ildə Bakı xanlığı, az sonra Quba xanlığı ələ keçirildi. Beləliklə, 1806-cı ildə demək olar ki, bütün Şimali Azərbaycan Rusiyanın hakimiyyəti altına keçirildi. 1806-cı ildə Rusiya ilə Türkiyə arasında da müharibənin başlanması Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı.
Sonradan Rusiya vəziyyətin onun xeyrinə dəyişməsinə nail oldu. Napoleonun Rusiya sərhədlərindən qovulması ilə rus qoşunlarının Avropa səfərinin başlanması nəticəsində beynəlxalq vəziyyətdə yaranan dəyişikliklər İranın Rusiya ilə Gülüstan müqaviləsini bağlamasını sürətləndirdi. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi. İngiltərə danışıqlarda vasitəçilik edirdi.
Yeri gəlmişkən, qeyd edək ki, iki imperiya arasında ixtilafların dərinləməsində, həmçinin digər dövlətlər də maraqlı idilər. Məsələn, Böyük Britaniya hökuməti qüvvədən düşmüş Qacarlar ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ousli, Harford Consun yerinə Tehrana böyük elçi göndərdi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən Qacarlara 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi. Lakin Böyük Britaniya bu kimi səylərlə Rusiya ilə İran arasında çoxillik müharibənin sonsuzluğadək uzanmasına nail ola bilmədi və iki imperiya arasında Gülüstan müqaviləsinin imzalanması ilə müvəqqəti barışıq təmin edildi.
Azərbaycan ikinci dəfə qanlı savaş meydanına çevrildi
Rus çarı Aleksandr İranla sülh bağlanması haqqında manifestin ilkin layihəsini 1813-cü il dekabrın 12 (24)-də Fri- burda (İsveçrə) imzaladı. Xarici işlər naziri N.P.Rumyansev Sankt-Peterburqda manifesti alarkən, orada səhv olduğunu müəyyən etdi. Çünki manifestdə Rusiyaya keçən Qarabağ və Gəncə xanlıqlarının adı yox idi. Odur ki, manifest 1814-cü il yanva??n 4 (16)-də geri göndərildi. Müqavilənin ratifikasiya fərmanları tərəflər arasında növbəti dəfə mübadilə olundu. İranla sülh haqqında çar manifesti yalnız 1818-ci il iyulun 16 (28)-da, müqavilənin mətni isə avqustun 7 (19)-də elan edildi.
Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı. Lakin Gülüstan müqaviləsi Rusiya ilə İran arasında bütün ziddiyyətli məqamları aradan qaldırmadı. Müqavilənin birinci maddəsində bəyan edilən sülh uzun sürmədi. 1826-cı ildə tərəflər arasında ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən qanlı döyüş meydanına çevrildi.
Hər iki tərəf üçün ədalətsiz müharibə
Tarix boyunca dünya adətən iki tip müharibələrə - ədalətli və ədalətsiz müharibələrə şahidlik edilib. Yəni əksər müharibələrin qalib və məğlub tərəfləri olduğu kimi ədalətli və ədalətsiz tərəfləri də olub. Bir dövlət istilaçılıq, təcavüzkarlıq savaşları aparıb, özgə torpaqları hesabına öz ərazilərini genişləndirməyə çalışıb. Digər dövlət isə ərazilərini qorumaq uğrunda müqavimət göstərib. Gülüstan müqaviləsinin imzalanması ilə nəticələnən çoxillik müharibə isə həm İran, həm də Rusiya üçün ədalətsiz müharibə idi. Çünki bu müharibə onların heç birinin ərazisində deyil, üçüncü dövlətin - Azərbaycanın tarixi torpaqlarında gedirdi. Hər iki tərəfin məqsədi özlərinin imperiya maraqlarını təmin etmək idi. İtirən, ərazisi bölünən isə Azərbaycan oldu.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Noyabr 21:48
Xəbər lenti
06 Noyabr 21:29
Xəbər lenti
06 Noyabr 21:17
İqtisadiyyat
06 Noyabr 20:56
Dünya
06 Noyabr 20:37
Sosial
06 Noyabr 20:14
Hərbi
06 Noyabr 19:47
COP29
06 Noyabr 19:31
Sosial
06 Noyabr 19:12
YAP xəbərləri
06 Noyabr 18:58
COP29
06 Noyabr 18:41
Elm
06 Noyabr 18:41
Siyasət
06 Noyabr 18:30
Dünya
06 Noyabr 18:27
Siyasət
06 Noyabr 18:21
Siyasət
06 Noyabr 18:14
Maraqlı
06 Noyabr 18:09
YAP xəbərləri
06 Noyabr 17:49
YAP xəbərləri
06 Noyabr 17:48
YAP xəbərləri
06 Noyabr 17:46
YAP xəbərləri
06 Noyabr 17:45
YAP xəbərləri
06 Noyabr 17:43
YAP xəbərləri
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:38
YAP xəbərləri
06 Noyabr 17:36
YAP xəbərləri
06 Noyabr 17:35
YAP xəbərləri
06 Noyabr 17:33
YAP xəbərləri
06 Noyabr 17:32
YAP xəbərləri
06 Noyabr 17:31
YAP xəbərləri
06 Noyabr 17:29
YAP xəbərləri
06 Noyabr 17:28
YAP xəbərləri
06 Noyabr 17:27
Mədəniyyət
06 Noyabr 17:25
İdman
06 Noyabr 17:24
Sosial
06 Noyabr 17:23
Xəbər lenti
06 Noyabr 16:54
Sosial
06 Noyabr 15:49
Siyasət
06 Noyabr 15:48
Sosial
06 Noyabr 15:26
Sosial
06 Noyabr 15:15
Gündəm
06 Noyabr 14:22
Sosial
06 Noyabr 14:11
Dünya
06 Noyabr 13:29
Dünya
06 Noyabr 13:28
Gündəm
06 Noyabr 13:28
Siyasət
06 Noyabr 12:59
Elm
06 Noyabr 12:58
Gündəm
06 Noyabr 12:56
Siyasət
06 Noyabr 12:29
YAP xəbərləri
06 Noyabr 11:32
İqtisadiyyat
06 Noyabr 11:24
Siyasət
06 Noyabr 11:23
Sosial
06 Noyabr 11:10
İqtisadiyyat
06 Noyabr 11:08
Siyasət
06 Noyabr 11:06
Siyasət
06 Noyabr 11:06
İqtisadiyyat
06 Noyabr 11:03
MEDİA
06 Noyabr 10:58
Din
06 Noyabr 10:53
Gündəm
06 Noyabr 10:49
İqtisadiyyat
06 Noyabr 10:42
Sosial
06 Noyabr 10:39
İqtisadiyyat
06 Noyabr 10:25
İqtisadiyyat
06 Noyabr 10:16
Siyasət
06 Noyabr 10:12
Siyasət
06 Noyabr 09:51
Dünya
06 Noyabr 09:34
Dünya
06 Noyabr 09:18
Dünya
06 Noyabr 08:42
Əlaqə
06 Noyabr 08:19