Kanada 51-ci ştat olacaqmı?
27.12.2024 [08:40]
Trampın ABŞ tarixinə düşməsi üçün yeni imkan...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində qubernator adlandırdığı Kanadanın baş naziri Castin Trüdoya zəng edərək bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60 faizdən çox azalacaq. Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsində yazdığı və TASS-ın yaydığı təbrikdə bildirilir: “Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək! Onun vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60 faizdən çox azalacaq, biznesləri ikiqat artacaq və onlar dünyanın heç bir ölkəsində olmadığı qədər yüksək səviyyədə qorunacaq”.
Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti “Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni idarə edən gözəl Çin əsgərlərinin də Milad bayramını təbrik edib. Tramp həm də Qrenlandiyaya Milad bayramı təbriki ünvanlayıb və onun ABŞ torpağı olmasını istəyib. “Bunu ABŞ-ın milli təhlükəsizlik məqsədləri tələb edir” - deyə o bildirib: “Biz orada olacağıq”.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp dəfələrlə Kanadanın baş naziri Castin Trüdonu “böyük Kanada əyalətinin” qubernatoru adlandırmışdı. Tramp bəyan edib ki, ABŞ Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmayacağı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər. Siyasətçi ayrıca qeyd edib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir.
Kanadanın birləşdirilməsi - inancın üç “ünsürü”...
ABŞ-ın Kanada və Qrenlandiya ilə bağlı “təklifləri” təsadüfi deyil. Burada bir sıra məqamlar yer alır - ortada həm siyasi, həm iqtisadi, həm də bildirildiyi kimi təhlükəsizliklə bağlı olduqca mühüm bir proqram mövcuddur.
Məsələni tarixi nöqteyi nəzərdən dəyərləndirmək üçün bir qədər keçmişə “boylanmaq” gərəkir. Belə ki, ABŞ-ın Kanada və ya Qrenlandiyaya qarşı hər hansı “iddiaları” ilə bağlı tarixdə bəzi maraqlı faktlar mövcuddur. Bu iddialar əsasən strateji maraqlar və coğrafi vəziyyətlə bağlı olub.
ABŞ və Böyük Britaniya arasında baş verən 1812-ci il müharibəsi zamanı ABŞ ordusu Kanadanın bəzi ərazilərinə hücum etmişdi. ABŞ-ın məqsədi Kanadanı özünə birləşdirərək ərazilərini genişləndirmək idi. Lakin bu cəhdlər uğursuz oldu və müharibə 1814-cü ildə sülh müqaviləsi ilə başa çatdı.
1867-ci ildə ABŞ Rusiyadan Alyaska yarımadasını satın aldıqdan sonra Kanada məsələsi yenidən aktuallaşdı. Belə ki, Alaska ilə Kanada arasında sərhəd məsələləri uzun müddət mübahisə mövzusu oldu. Həmin vaxt fürsətdən istifadə edərək Kanada əraziləri uğrunda da “mübarizəyə” başlayan prezident Endryu Conson nəticədə elə bu iddiasının da qurbanına çevrildi. Onun Alyaskanın alınmasındakı xidmətlərinə baxmayaraq Kanada məsələsində uğur qazanmaması populyarlığının itirilməsinə və ABŞ Senatı tərəfindən impiçment elan edilməsinə səbəb oldu.
ABŞ ilə Kanada arasındakı münasibətlər sisteminə nəzər salan zaman, “Manifest Destiny”nı unutmaq olmaz. 19-cu əsrdə ABŞ-da bu ideoloji manifest olduqca populyar idi. Manifest Destiny (“açıq tale” kimi tərcümə olunur) mədəni bir inanc kimi qəbul olunur və amerikalı köçkünlərin Şimali Amerikada yayılmaq niyyətini özündə əks etdirirdi. “Manifest Destiny”nın 3 əsas mövzusu vardı:
- ABŞ-ın unikal əxlaqi fəzilətinin fərziyyəsi;
- Respublika üsul-idarəsinin yayılması və daha çox “amerikan həyat tərzi” ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi;
- Bu missiyanın uğur qazanması üçün millətinin təyin edilmiş ilahi taleyinə olan inam.
Bu termini Demokrat qəzetinin redaktoru Con O’Sullivan tərəfindən 1845-ci ildə “İlaha” adlı məqalədə ilk dəfə istifadə etmişdi və get-gedə bu ideoloji inam konsepsiyalaşdırılmışdı. Bu inamda ABŞ-ın Atlantikdən Sakit Okeana qədər uzanması mənası yatırdı. Həmin illərdə Demokratlar bu ideyanı dəstəkləyirdilər - lakin bir çox məşhur amerikalılar (Abraham Linkoln, Ulis Grant və həmin dövrün populyar partiyası olan “Viqlər”in əksəriyyəti) onu rədd etdilər. Daha sonralar isə bəlli oldu ki, bu termin əsasən 1840-cı illərdə demokratlar tərəfindən Meksika-Amerika müharibəsinə haqq qazandırmaq, daha sonra isə qərbi Meksika ərazilərinin (Arizona, Texas, Kaliforniya və s.) ilhaqına haqq qazandırmaq üçün istifadə edilmişdi.
Alyaskanın ardından Qrenlandiya...
Qrenlandiyaya gəldikdə isə Vaşinqton tarix boyu bu adanı satın adlmaq üçün cəhdləri ilə yadda qalıb. 1946-cı ildə Danimarkaya Qrenlandiyanı satın almaq üçün rəsmi təklif belə göndərilib -ABŞ bu ada üçün 100 milyon dollar təklif etmişdi. Səbəb isə adanın strateji hərbi əhəmiyyəti idi, çünki Qrenlandiya Şimal Buzlu Okeanının yaxınlığında yerləşir və İkinci Dünya Müharibəsi dövründə mühüm bir strateji nöqtə kimi tanınırdı. “Soyuq müharibə” dövründə isə ABŞ bu adadan SSRİ-yə qarşı qala kimi istifadə etməyə niyyətlənmişdi. Lakin Danimarka bu təklifi rədd etdi.
2019-cu ildə ABŞ Prezidenti Donald Tramp yenidən Qrenlandiyanı satın almaq istədiyini bəyan etmişdi. Bu açıqlama beynəlxalq arenada geniş müzakirələrə səbəb olmuşdu. Danimarka hökuməti bu təklifi qeyri-ciddi hesab edərək rədd etmişdi. Qeyd edək ki, ABŞ-ın Thule Hava Bazasını (1951-ci ildən) Qrenlandiyada yerləşdirilib. Bu baza Arktika regionunda ABŞ-ın müdafiə və kəşfiyyat maraqlarına xidmət edir.
ABŞ+Kanada > Çin...
Məsələnin iqtisadi tərəfi də böyük maraq doğurur. ABŞ-ın Kanadanı özünün 51-ci ştatına çevriməsi istəyinin sirri məhz iqtisadi müstəvidə özünü gizlədir - son illərdə daha da “şiddətlənən” qütblərarası iqtisadi yarışda önə çıxmaq üçün Vaşinqtonun Ottavaya ehtiyacı var. Bunu rəqəmlər də təsdiqləyir.
Belə ki, gələcək iqtisadi inkişafla bağlı proqnozlaşdırma yaxın gələcəkdə Çinin önə çıxacağını deyir. Pekinin 2030-cu ilə qədər dünya liderinə çevriləcəyi gözlənilir. 2023-cü ildə Çində məhsul istehsalı 17,7 trilyon dollar olub və bu göstəriciyə görə dünya ikincisidir. 2038-ci ildə isə Çində ÜDM 48,8 trilyon dollara çatacaq.
2023-cü ildə 27 trilyon dollarla dünya birincisi olan ABŞ-ın növbəti onillikdə öz dominantlığını qoruyub saxlayacağı sual altındadır. Çünki 2038-ci ildə ABŞ-da ÜDM 47,8 trilyon dollar proqnozlaşdırılır.
Hazırda ÜDM-ə görə dünya sıralamasında 10-cu yerə sahib olan Kanadanın 2038-ci ilədək ilk onluqda qalmağı bacaracağı proqnozlaşdırılır. Belə ki, Kanadada 2038-ci ildə istehsal 3,68 trilyon dollara çatacaq.
Göründüyü kimi, ABŞ iqtisadi inkişaf tempində ən böyük rəqibindən geri qalmamaq üçün bu plana “müraciət edir”...
Qrenlandiyadan “nüvə arsenalına” nəzarət...
Təhlükəsizlik məsələsinə gəldikdə isə burada detallar daha fərqlidir. Hazırda dünyanın ən mühüm təhdidi nüvə silahıdır ki, burada da ABŞ-ın əsas rəqibi Rusiyadır. Mütəxəssislərin bildirdiyinə görə isə Rusiyanın əsas nüvə gücü Şimal Buzlu Okean ətrafında paylaşdırılıb və orada saxlanılır. ABŞ-ın Qrenlandiyanın ilhaqı üçün bu qədər “zəhmət” çəkməsi rəqibin nüvə potensialını nəzarətdə saxlamağa hesablanıb. İndiki halda bu məsələ daha böyük aktuallıq daşıyır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

