Levon Ter-Petrosyanın etirafları...
07.01.2025 [09:20]
Ermənistanın cinayətkar mahiyyətini bir daha açıqlayır
Tarixən Cənubi Qafqaz mühüm inkişaf perspektivinə malik, yüksək logistik üstünlüklər daşıyan coğrafiya, ən əsası isə sivilizasiyalararası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi şöhrət qazanıb. Amma son 200 ildə Cənubi Qafqazda baş verən distabilliklər bu inkişaf meyarlarının önə keçməsinin qarşısını alıb. Bunun günahkarı isə birmənalı şəkildə xəstə “böyük Ermənistan” təxəyyülünə malik olan ermənilər, faşizmi dövlət siyasətinə çevirən Ermənistanın siyasi rəhbərləri olub. Xüsusilə, 1988-91-ci illərdə (SSRİ-nin dağılması ərəfəsi və dağılması dövrü) milli faşizm eqoizmlərini “milli ideologiya” adı altında pərdələyərək regionu terror yuvasına çevirən Ermənistan Azərbaycan xalqına qarşı olmazın cinayətlərə imza atdı - yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, ata-baba yurdlarından zor gücünə qovuldu, deportasiyaya məruz qaldı. Qarabağın və ətrafındakı rayonların işğalı isə xalqımıza qarşı olmazın soyqırımları ilə müşayiət olundu. Qaradağlı, Kəlbəcər, Başlıbel, Xocalı soyqırımları kimi faciələr əsl cinayət idi.
Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə, soyqırımı siyasətinin real təsdiqi sayılan fikirlər
Azərbaycanlıların Ermənistanla yanaşı Qarabağdan da qovulması planı...
Ermənistan illərdir törətdiyi bu cinayətləri etiraf etməkdən yayınıb. Amma artıq həqiqətin önünə keçmək mümkün deyil. Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu “dövlətin” mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri sayılan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dilindən etiraf olunur. Bəli, sözügedən faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan etiraf edir ki, 1988-ci ilə qədər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz ev -eşiyindən didərgin salınıb: “Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.
Bu fikirlər birmənalı şəkildə Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin, tarixi cinayətin etirafıdır. Ter-Petrosyan öz sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini ortaya qoyur. Ermənistanın birinci prezidenti tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan “azad ərazilərə çevirdikləri”ni deyir. Bu isə birmənalı şəkildə cinayət faktının etirafıdır.
Koçaryan, Sarkisyan, Balayan - cinayətkar dəstənin özünüifşası...
Əslində bu, ilk fakt deyil. Ermənistan rəhbərlərinin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, hətta Xocalı soyqırımı ilə bağlı fikirləri onların törətdikləri cinayətlərin faktoloji sübutudur. Məsələn, təxminən 20 il öncə Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarınan biri olan Robert Koçaryan AŞPA plenar sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Robert Koçaryan həmin iclasdakı çıxışında ermənilərlə azərbaycanlılar arasında milli uyumsuzluğun mövcudluğu barədə irqçi faşist mahiyyətli fikirlərini səsləndirmişdi və bu da ermənilərin faşizm ideologiyasına xidmət göstərdiyinin bariz sübutu idi.
Bu da son deyil... bu ölkənin üçüncü prezidenti Serj Sarkisyan da 2000-ci ildə jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu etiraf etmişdi: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu, insanlıq tarxinin ən böyük faciələrindən birini törədən şəxsin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır.
Ermənistanın şovinist ideologiyasının əsas simalarından sayılan yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda soyqırımı törətdiklərini etiraf edərək yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”...
Bəli, artıq şərhə ehtiyac qalmır. Erməni mahiyyəti, erməni faşizmi bütün xırdalıqlarına qədər göz önündə canlanır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22