Rubio etiraf etdi
01.02.2025 [09:12]
Ukrayna 100 il geriyə atılıb...
Qərb koalisiyasının aparıcı ölkəsi olan ABŞ artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı reallığı dərk etməyə başlayıb. Bayden-Blinken hakimiyyətinin Ukraynada yürütdüyü siyasətin səhv olması, qızışdırıcı mövqedən çıxış etməsi bu günki ABŞ administrasiyası tərəfindən etiraf olunur - bu səhvi düzəltmək üçün real və münasib vəziyyət yaratmağa çalışılır.
Belə ki, ABŞ-ın Dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı səsləndirdiyi son bəyanat ciddi maraq doğurub - o, bildirib ki, artıq demokratlar da Ukraynaya maliyyə yardımının davam etməsinin perspektivsiz olduğunu anlayıblar. Kiyevin dağıdıldığını, ərazilərini itirdiyini və ölkənin gələcəyinin ciddi təhlükə altına düşdüyünü deyən Rubio bildirib ki, əvvəlki administrasiya Ukraynada kobud səhvlərə yol verib: “Ukrayna 100 il geriyə atılıb, enerji sektoru məhv edilib, milyonlarla insan ölkəni tərk edib. Biz insanlara təkcə qələbənin deyil, Krımın geri qaytarılmasının da mümkün olduğu illüziyasını yaratdıq. Lakin reallıq uzunmüddətli çıxılmaz vəziyyətdir”.
Sülh çağırışları edilmişdi...
Qeyd edək ki, Marko Rubio bundan əvvəl də - Senatda vəzifəyə təsdiqləndikdən dərhal sonra öz çıxışında Ukrayna məsələsinə toxunmuşdu - o, Rusiya və Ukrayna arasında müharibənin nə zaman sona çatacağını dəqiq deyə bilmədiyini söyləmiş, hər iki tərəfin müəyyən güzəştlərə getməli olduğunu qeyd etmişdi.
“Bu, mürəkkəb məsələdir. Mən münaqişəni iki tərəf arasında bitirmək cəhdlərində dəqiq vaxt təyin etmək istəmirəm və edə bilmirəm. Heç bir tərəf maksimum məqsədlərinə nail ola bilmədiyi halda, hər iki tərəf nədənsə əl çəkməli olacaq”.
ABŞ-ın yeni Dövlət katibi əvvəlki administrasiyanın Ukrayna siyasəti ilə bağlı fikirlərində müəyyən mənada haqlı ola bilər - nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində Azərbaycan və Türkiyə münaqişənin dayanması üçün çağırışlar etmişdi. Xüsusilə Türkiyə iki tərəf arasında görüşlərin təşkil olunmasında vasitəçilik rolunu irəli sürmüşdü Türkiyənin neytral mövqe tutduğuna və münasib ölkə olduğuna görə, müəyyən müddət ərzində İstanbul və Ankarada hər iki ölkənin rəsmiləri arasında müəyyən görüşlər təşkil olunmuşdu. Hətta Qara dəniz üzərindən taxıl və ərzaq məhsullarının təhlükəsiz şəraitdə daşınmasını təmin etmək üçün 2022-ci ilin iyulun 22-də İstanbulda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Moskva və Kiev arasında taxıl sazişi imzalanmışdı. Artıq etiraf edilir ki, Bayden-Blinken hakimiyyətinin addımları Ukraynada münaqişənin davam etməsinə yol açıb
Kompromis olmadı...
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynanın bugünkü vəziyyətə düşməsində əsas günahkar məhz Bayden-Blinken hakimiyyətidir. Bu administrasiya, həqiqətən Ukraynada münaqişənin davam etməsinə çalışıb. A.Nərimanlı vurğulayıb ki, Ukrayna Rusiya ilə Qərb arasında müharibə poliqonuna çevrilib: “Xatırladım ki, müharibənin başlamasından bir müddət öncə Kreml ABŞ-a NATO-nun Şərqə genişlənməməsi və digər məsələlər ilə bağlı tələblər təqdim etmişdi. Sözsüz ki, bu tələblər ABŞ üçün qəbul edilməz idi və Vaşinqton tərəfindən rədd edildi. Bu tələblərin qəbul edilməsi Rusiyanın qlobal proseslərdə gücünün tanınması ilə nəticələnə bilərdi. Məhz bu səbəbə görə, Bayden-Blinken hakimiyyəti ABŞ və NATO-nun maraqlarını üstün tutmaq üçün Ukraynanı qurban verdi”.
Baydenin planı fiaskoya uğradı
“Əvvəlki administrasiya düşünürdü ki, Ukraynadakı müharibə və sərt iqtisadi sanksiyalar Rusiyanı zəiflədəcək və Qərbdən asılı vəziyyətə salacaq. Amma biz görürük ki, Rusiya Qərbin sanksiyaları qarşısında tab gətirməyi bacarıb və bir addım da geri çəkilmək niyyətində deyil. Bayden administrasiyası Ukraynada çox səhv siyasət yürütdü, buna görə də bu bölgədə ABŞ-ın maraqlarını təmin edə bilmədi,” - deyə A.Nərimanlı əlavə edib.
Rubio çağırış edib
Politoloq bildirib ki, Tramp administrasiyası Ukraynada müharibəni dayandırmaq və atəşkəsi təmin etmək üçün Putin hakimiyyəti ilə danışıqlar aparmaq istəyir: “Hazırki administrasiya Bayden-Blinken hakimiyyətinin Ukraynada səhvlərini düzəltmək üçün ortaya güclü iradə qoymaq niyyətindədir. Eyni zamanda, Rubionun bəyanatı danışıqlara başlamaq üçün çağırışdır. Rubio demək istəyir ki, Ukraynada münaqişənin davam etməsi heç bir nəticə verməyəcək, əksinə ölkədəki vəziyyəti daha da ağırlaşdıracaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45

