Seçkiyə sayılı günlər qalır...
19.02.2025 [09:54]
Almaniyada yeni kabineti kim formalaşdıracaq?
Almaniyada yeni parlament seçkilərinə sayılı günlər qaldı. Xatırladaq ki, Almaniyada erkən parlament seçkiləri 2025-ci il fevralın 23-də keçiriləcək. Bu seçki 2025-ci ilin payızında baş tutmalı idi - lakin ötən ilin sonlarında hakim koalisiya daxilində yaranan ziddiyyətlər və böhran nəticə etibarı ilə komandanın dağılması ilə nəticələndi. FDP lideri Kristian Lindnerin 2024-cü il noyabrın 6-da maliyyə naziri vəzifəsindən istefa verməsi nəticəsində kansler Olaf Şoltz Bundestaqda etimad səsverməsinin keçiriləcəyini elan etdi və 2025-ci ilin fevralına yeni seçkilər təyin olundu.
Namizədlər kimdir?
Qeyd edək ki, keçiriləcək parlament seçkilərində beş partiya federal kansler vəzifəsinə namizəd irəli sürəcək - göründüyü kimi, bu dəfə namizədlərin sayı daha çoxdur. Təbii ki, şanslar da bir az fərqli dəyərləndirilir. Məsələn, hazırki kansler Olaf Şoltz sosial demokratların (SPD) namizədidir. O, 1958-ci ildə Osnabrükdə anadan olub, Hamburqda böyüyüb və hüquqşünas kimi təhsil alıb. 1975-ci ildən SPD-nin üzvüdür. Şoltz Hamburqun meri, Bundestaqın üzvü və kansler Angela Merkelin dövründə maliyyə naziri olub. Namizəd daha çox partiyasının mühafizəkar qanadını təmsil edir. Sorğulara görə, onun yenidən kansler olmaq şansı azdır.
Xristian demokratlar (CDU/CSU) blokundan seçkidə namizəd kimi Fridrix Mertz irəli sürülüb. O, 1955-ci ildə Sauerlend bölgəsinin Brilon şəhərində anadan olub, hüquqşünasdır. Mertz 1972-ci ildən XDİ-nin üzvü, 2022-ci ildən isə parlament qrupunun sədridir - əsas müxalifət lideridir. Mertz 1994-cü ildən Bundestaqın üzvü olub, lakin Angela Merkellə fikir ayrılığı səbəbindən 2009-cu ildə seçkidə iştirak etməyib. 2021-ci ildə isə yenidən Bundestaq deputatı seçilib. Mertz iqtisadi cəhətdən liberal və sosial mühafizəkar siyasətçi hesab olunur. Sorğulara görə, onun yeni Bundeskansler olmaq şansı ən yüksək sayılır.
Almaniyanın Azad Demokrat Partiyasının (FDP) sədri Kristian Lindner də kanslerliyə namizədlərdən sayılır. Keçmiş maliyyə naziri Lindner 1979-cu ildə Vuppertalda anadan olub və 16 yaşında FDP-yə qoşulub. Politoloq və ehtiyatda olan zabit Şimali Reyn-Vestfaliya ştatının parlamentində, 2009-cu ildən isə fasilələrlə Bundestaqda təmsil olunub. Məhz onun istefası siyasi böhrana və 23 fevral seçkisinə yol açıb. Lindner iqtisadi cəhətdən liberal siyasətçi sayılır, lakin sorğulara görə, onun partiyası beş faizlik baryer səbəbilə Bundestaqda yer almaya bilər.
Yaşıllar Partiyasının kanslerliyə namizədi isə iqtisadiyyat naziri Robert Habekdir. 1969-cu ildə Lübekdə anadan olub, almanşünaslıq üzrə doktorluq dərəcəsi alıb və 2002-ci ildən Yaşıllar Partiyasının üzvüdür. Daha sonra Şlezviq-Holşteyn ştatının hökumətində nazir və baş nazirin müavini olub. İndiki hökumətdə o, vitse-kansler vəzifəsini tutur. Partiya daxilində Habek iqtisadiyyatda və cəmiyyətdə ekoloji dəyişikliklərin kifayət qədər praqmatik tərəfdarı hesab olunur. Son sorğulara görə, onun kansler olmaq şansı azdır.
Siyahıda, həmçinin son partiyanın iki namizədi, həmçinin AFD-nin namizədi Alisa Veydel və başqaları da var.
Fikirlər fərqlidir...
Qeyd edək ki, seçkiqabağı kampaniyalarda əsas müzakirə predmeti sosial-iqtisadi durum, eləcə də Ukrayna ilə bağlı mövqedir. XDİ-nin namizədi Fridrix Mertz neytral olmadığını, Ukraynanın tərəfində olduğunu deyir. Veydel isə sülh yaradacağını və müharibəni həll edəcəyini bildirir. O, Mertzin Ukraynaya güclü “Taurus” qanadlı raketləri göndərmək təklifinin Rusiyaya qarşı təxribat olduğunu bildirir və ABŞ prezidenti Donald Trampın sülh danışıqlarının irəliləyişinə dair səylərini yüksək qiymətləndirir. “Yaşıl namizəd” Habek də daxil olmaqla digər namizdələr isə Mertzin mövqeyini dəstəkləyirlər.
İqtisadi blokda da fikirlər haçalanır - Mertz bildirir ki, ölkənin iqtisadi problemlərinin həllinin açarı bürokratiyanı nəzarət altına almaqdır. O, həmçinin bildirib ki, keçmiş hökumətin Almaniyanın enerji böhranının ən qızğın çağında atom elektrik stansiyalarını bağlamaq qərarı elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olan səhvdir. Habek isə Almaniyanın zəif iqtisadi göstəricilərində ucuz rus qazının olmaması və ixrac bazarının daralmasının rol oynadığını bildirib.
Onun sözlərinə görə, Almaniyanın daha az bürokratiyaya və infrastruktura, qatarlara və körpülərə, eləcə də rəqəmsallaşmaya ehtiyacı var - Almaniyanın daha çox investisiyaya ehtiyacı var. O, həmçinin qeyd edib ki, varlılarla kasıblar arasında uçurum getdikcə genişlənir. Sosial Demokrat (SPD) namizədi Olaf Şoltz da bəzi məsələlərdə Habek ilə razılaşır. Veydel isə bildirir ki, onun partiyası həm ABŞ, həm də Çin ilə yaxşı münasibətlərə açıqdır.
Yeni koalisiya yarana bilər...
Seçkiöncəsi duellərin (debatlar) nəticələri isə rəy sorğularında öz əksini tapır. “Forsa” anketinin nəticələrinə görə Mertz duellərdən qalib çıxır və səslərin 32 faizi onun lehinədir. Ən çox bəyənilən isə Habekdir - respondentlərin 34 faizi onun fikirləri ilə şərikdir. Buna baxmayaraq, yalnız 13 faiz insan Habekin ölkəyə rəhbərlik edəcəyinə inanır - bunun qarşılığında Mertzə inam 42 faizdir. “YouGov”-un son sorğusuna görə də Mertz ölkənin növbəti ehtimal lideri ola bilər. Ötən bazar günü Mertz SPD və hətta Yaşıllarla koalisiyaya girməyə hazır olacağını söyləyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45
