Paşinyanın taleyi Bakıdan asılıdır: ya bu şəxsləri təhvil verməlidir, ya da...
10.03.2025 [20:15]
Bakıda tarixi məhkəmə prosesi davam edir, sensasiya doğuracaq ifadələr verilir, etiraflar olunur. Kim inana bilərdi ki, zaman gələcək, 21-ci əsrin “Nürnberq prosesi” qurulacaq və on illərlə Azərbaycan ərazisindən Azərbaycana meydan oxuyan hay separatçıları etdikləri cinayətlərin peşmanlığını çəkdiklərini müttəhimlər kürsüsündən bəyan edəcəklər?
Qondarma “dqr”in ikinci oyuncaq “prezidenti” Arkadi Qukasyan etiraf edib ki, “Böyük Ermənistan” ideyası nağıldır. Bəli, biz bunu on illərdir deyirdik, ironiyalı gülüşlə, işğalla, qan tökməklə, uşaqların, qadınların, qocaların ömrünə son qoymaqla reaksiya verirdilər.
Budur, müttəhimlər kürsüsündə özləri bu həqiqəti dilə gətirirlər. Ondan qabaq oyuncaq “dövlət naziri” Ruben Vardanyan “səmimi” etiraflar etməyə cəhd göstərmişdi. Daha əvvəl daha bir saxta “prezident” Arayik Harutyunyan Gəncənin raketlə vurulmasına əmr verdiyi haqda 2020-ci ildə verdiyi hikkəli bəyanatı geri çevirib, irəvandakıları nişan vermişdi.
Təbii ki, bu etiraflarla iş bitməyəcək. Atılası addımlar, görüləsi işlər, açılmalı sirlər var. Məsələn, Azərbaycanın 4 min əsir, itkin, girovu barədə həqiqətlər gün işığına çıxarılmalıdır! Bu, sıradan bir məsələ deyil, insanların taleyidir, ailələrin gözləri yoldadır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub ki, azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq (!!!) müəyyən edilib. Bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb. 2025- ci il martın 1-nə olan məlumata əsasən, 165 nəfərin şəxsiyyəti dəqiqləşdirilib və ailələrinə təhvil verilib. 4 mindən çox itkindən 165 nəfər. Hələ nə qədər insanımızın heç olmasa qalıqlarından xəbər yoxdur.
Hayların ağlı özlərinə getməsin. Məsələn, məlum olub ki, Ermənistan ötən ilin 20 oktyabrında Xankəndidə öz əcəli ilə ölmüş erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitini təhvil almaq istəmir. Azərbaycan hətta qalıqların, kütləvi məzarlıqların yerinin açıqlanmasını istəyir. Bütün bunlarla bağlı həm müttəhimlər kürsüsündə dayananlar, Ermənistan rəhbərliyi, həm də Ermənistanda gizlənən Köçəryan-Sərkisyan cütlüyü, onların ətrafındakı canilər cavab verməlidir! Mühakimə bu tərkiblə bitməyəcək!
Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında əslində bunun anonsunu vermiş oldu.
Dövlət rəsmisi qeyd etdi ki, məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib. Hikmət Hacıyev rəsmi İrəvanın atmalı olduğu addımlarla bağlı tamamilə haqlı olaraq bunları bildirib: “Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.
Prezidentin köməkçisi qeyd edib ki, sülhə və Azərbaycanın münasibətləri ilə yeni bir başlanğıca doğru əsl niyyət Ermənistanın məsuliyyətini tanımağa və müharibə cinayətlərində ittiham olunan şəxsləri, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə göstəriləcək: “Lakin əgər Ermənistan cinayətlərinin zamanla unudulacağına və ya yox olacağına inanırsa, ciddi şəkildə yanılır. Lazım olan şeylər populist ritorika deyil, ədalət və sülh üçün real addımlardır”.
Bəli, əgər Nikol Paşinyan hakimiyyəti sülhə doğrudan da razıdırsa, onda birinci növbədə Azərbaycana qarşı cinayətlər törətmiş şəxsləri Bakıya təhvil versin! Yəni “sülh müqaviləsindəki 17 maddədən 15-i razılaşdırılb” nağılları bir kənara qoyulmalıdır. Bakıdakı Ədalət Məhkəməsi yeni cinayətləri üzə çıxartmaqdadır və vəziyyət Ermənistanın ziyanına dəyişməkdədir. Konkretləşdirək: Əgər Qarabağdakı separatçıların bir qismi qandallanaraq Bakıya gətiriləndə, lap elə məhkəmə istintaqının ilk günlərinədək bir çoxları 44 günlük müharibədə Gəncə şəhərinin və digər yaşayış məskənlərimizin bombardman edilməsi əmrinin Arayik Harutyunyana məxsus olduğunu düşünürdülərsə, artıq məlum olur ki, əmr Ermənistandan verilib. Yəni Ermənistan rəhbərliyi məhkəmədə ortaya çıxmış bu xüsusata aydınlıq gətirməlidir. Məntiqlə Bakının şərtləri dəyişmiş olur. İstənilən ölkə beynəlxalq hüquqa istinadən belə davranardı. Onlarla dinc sakinlər həlak olub, uşaqlar, qadınlar, ahıl insanlar...
Bakı suallarına cavab almadan dinc insanların qətlinə fərman verənlərlə necə sülh imzalaya bilər?
Beləliklə, Ermənistanın nədən alayarımçıq sülhü imzalamağa tələsdiyi, Bayden administrasiyasının ötən il niyə bununla bağlı özünü öldürdüyünün, yaxud Fransa, ABŞ və digər ölkələrin niyə qandallanan ermənilərin azadlığa buraxılması üçün Bakıya olmazın təzyiqlər göstərməsinin səbəbləri ortaya çıxmaqdadır. Bunlar bilirdilər ki, məhkəmə çox cinayətləri ortaya çıxaracaq. Məhkəmə istintaqı İrəvana doğru uzanır, kələfin ucu açıldıqca...
Məhkəmənin işinə qarışmaq kimi olmasın, təklif edirəm ki, hər təqsirləndirilən separatçının ifadəsi dinlənilən zaman onların əvvəlki onilliklərdə etdiyi cinayətlərlə bağlı videomateriallar də təqdim olunsun. Bu tarixi proses yalnız sənədlər, kompüter yazıları və ya ifadələrlə məhdudlaşmamalıdır, məncə. Qoy “Nürnberq-2”nin təqsirləndirilənləri etiraf etsinlər: Şuşa həbsxanasında nə qədər azərbaycanlını məhv ediblər, 2 yaşlı Zəhranı nənəsi ilə, 9 yaşlı Farizi və digər körpələrimizi qətlə yetirənlər kimlər olub? Hər halda bu “qəhrəmanlıqlarına” görə tətiyi çəkən, mərmini atanlar mükafatlandırılıb separatçı rejim tərəfindən. Həmin hadisələrin videogörüntüləri də yaddaşımızın diri saxlanılması, məhkəmə səlnaməsinə əlavə tutarlı faktlar olaraq əlavə olunması baxımından faydalı olardı.
Nikol Paşinyan isə “papağını qabağına qoyub”, yaxşı-yaxşı düşünməli və qərarını elan etməlidir: Qarabağda soyqırımlar törədən, milli ədavəti qızışdıran Köçəryan-Sərkisyan cütlüyünü, Xocalı soyqırımını törədən daha bir qatil Seyran Ohanyanı, 4 min nəfərdən biri, Milli Qəhrəmanımız Natiq Qasımovun hansı şəraitdə qətlə yetirildiyini bu günədək açıqlamayan Vitaliy Balasanyanı, Qarabağda “Ocaq” çatan kaftar Zori Balayanı və digər bu kimi caniləri Bakıya təhvil verməlidir!!!
O halda inanarıq ki, o, sülh tərəfdarıdır! Ya adları çəkilənlərin əvəzində şəxsən Bakıya, məhkəmə qarşısında ifadə verməyə gəlmək, Harutyunyanın yalan danışdığını sübuta yetirmək istəyirsə, buyursun, cəsarət göstərsin! Sabah şərtlər daha da ağırlaşa bilər... Kəsəsi, Paşinyanın taleyi Bakıdan asılıdır: ya bu şəxsləri təhvil verməlidir, ya da...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27
