Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “İki millət, bir sivilizasiya” yox, “İki millət, bir vandalizm”

“İki millət, bir sivilizasiya” yox, “İki millət, bir vandalizm”

18.01.2023 [10:56]

Əli hər yerdən üzülən Ermənistan...

Ermənistanın dövlət siyasətinin, xüsusilə də xarici partnyorlarla münasibətlərinin ardıcıl qurulduğunu və vahid prinsiplər əsasında aparıldığını söyləmək mümkün deyil. Biz bu ölkənin bəyan etdiyi prinsiplərdən tez-tez geri çəkildiyinin şahidi oluruq. Ermənistanın lideri Nikol Paşinyan sözünün ağası olmayan birisi kimi məşhurlaşıb. N.Paşinyan və onun çiyindaşları Brüsseldə, digər Avropa məkanlarında vədlər verir, özlərini qərbpərəst kimi təqdim edir, Moskvada, Soçidə prezident V.Putinlə bir çətir altına sığınır, İrəvana qayıdanda bütün vədləri unudublarmış kimi danışırlar. Ancaq Ermənistan hakimiyyəti unudur ki, bir ayağı iki başmağa qoymaq sadəcə mümkün deyil. Görünən də odur ki, bu ölkənin regionda antaqonist maraqlardan çıxış edən, fərqli geosiyasi qütblədə dayanan Qərbə və Rusiyaya qucaq açmaq siyasəti iflasa düçar olub. Necə deyərlər, yalan, hiylə bataqlığında çabalayan Ermənistan həm Əli aşından olur, həm də Vəli aşından.

KTMT-dən əli üzülən Ermənistan

Ötən ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin bu ölkə ilə Azərbaycan arasındakı şərti sərhədlər boyunca törətdiyi genişmiqyaslı təxribatların qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı və düşmənə sarsıdıcı zərbələr endirildi. Azərbaycan təxribatçıları geri çəkilməyə məcbur etdi və yeni strateji yüksəkliklərdə möhkəmləndi. Böyük həcmlərdə texnika və canlı qüvvə itkisinə məruz qalan Ermənistan tələm-tələsik üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istədi. Ancaq N.Paşinyan iqtidarının yalanları bir işə yaramadı. KTMT hansı əsasla Ermənistana hərbi yardım göstərə bilərdi? Bunun üçün ilk növbədə KTMT-nin hüquqi əsasları, mandatı yox idi. Reallıq da qurumun Ermənistana hərbi yardım göstəməsini istisna edirdi. Axı təxribatları törədən Azərbaycan deyildi. Ölkəmizin sərhədləri dəyişmək kimi bir niyyəti yoxdur. Əksinə, qalib Azərbaycan iki ölkə arasındakı sərhədlərin mümkün qədər qısa müddətdə delimitasiya və demarkasiya olunmasının tərəfdarıdır və öz istəyini dəfələrlə bəyan edib. Bununla belə, düşmənin təxribatlarının qarşısını almaq da Azərbaycanın haqqıdır və Müzəffər Ordumuz bu missiyanı şərəflə, ləyaqətlə yerinə yetirir. Digər tərəfdən, Ermənistanın üzv olduğu KTMT-də ölkəmizin çoxlu dostları var. Qurumda təmsil olunan dövlətlər Azərbaycanın regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirirlər. 

KTMT Ermənistanın müraciətini nəzərə alaraq videoformatda növbədənkənar iclas keçirsə də, burada aparılan debatlarda və yekunda qəbul olunan Bəyanatda Ermənistana hansısa bir formada hərbi yardım göstərilməsindən ümumiyyətlə söhbət açılmadı. Yuxarıda vurğuladığımız kimi, respublikamız postmüharibə dövründə üçtərəfli Bəyanata və digər razılaşmalara sadiqlik nümayiş etdirir. KTMT-nin Bəyanatından oxuyuruq: “Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir”.

KTMT-nin qəbul etdiyi Bəyanatda ifadə olunan fikirlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Postmüharibə dövründə qalib Azərbaycan üçtərəfli Bəyanata və onun müddəalarına tam sadiqlik nümayiş etdirib. Məğlub Ermənistan isə özünü məsuliyyətsiz aparır, revanşizm mövqeyindən çıxış edir, məlum Bəyanatın müddəalarını yerinə yetirməkdən yayınmaqdan ötrü müxtəlif manipulyasiyalara əl atır. Əgər ötən iki ildə sülhyaratma prosesində irəliləyişə nail olunmayıbsa, bunun məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. KTMT-nin Ermənistanı məyus edən mövqe sərgiləməsi də məhz bu reallığın ifadəsidir.

Ermənistan hakimiyyətinin hiyləgər, bir ayağını iki başmağa qoymaq siyasəti bu ölkədə son günlərdə yaşanan hadisələrin timsalında da qabarıq şəkildə nəzərə çarpır. Ermənistan hakimiyyətinin Rusiyaya diş qıcadığının şahidi oluruq. Rusiya o ölkədir ki, Ermənistanı illər boyunca ayaqda saxlayıb. Əgər məğlub ölkə bu gün mövcuddursa, buna görə ilk növbədə şimal qonşumuza minnətdar olmalıdır. Rusiya Ermənistana siyasi, iqtisadi dəstək göstərib, ucuz qiymətə və yaxud pulsuz silahlar göndərib, bu kasıb, dalan ölkənin qaz təminatı şimal qonşumuzdan asılıdır. Bəs əcaba Ermənistanı Rusiyaya qarşı revanş sərgiləməyə cəsarətləndirən nədir? Burada hansısa bir cəsarətdən söhbət belə gedə bilməz. Sualın cavabını erməni xislətində və hiyləgərliyində axtarmaq lazımdır. N.Paşinyan hakimiyyəti Rusiya üçün arzuolunmaz geosiyasi şəraiti Qərbə daha geniş qucaq açmaq üçün bir fürsət kimi dəyərləndirir. Dostu əlcək kimi asanlıqla dəyişmək tarixdə məşhur olan bir erməni xislətidir.

Böyük bacının əhdə xilaf çıxması

Ermənistanın qucaq açdığı ünvanda - Avropada ən çox güvəndiyi ölkə Fransadır. Xüsusilə də Fransanın indiki prezidenti Emmanuel Makron ermənilərə münasibətdə özünü, necə deyərlər, katoliklərdən artıq katolik kimi göstərməyə cəhdlər göstərir. E.Makron bir qədər bundan əvvəl yerli mətbuata müsahibəsində işğalçı ölkəyə heç bir əndazəyə sığmayan dəstək ifadə etdi. Bu ölkə parlamentinin hər iki palatasında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olundu. Bütün bunlardan sonra Fransa BMT Təhlükəsizlik Şurasında respublikamızın əleyhinə qətnamə qəbul edilməsi təşəbbüsünü irəli sürdü. Ancaq lobbi maraqlarına görə demokratik ənənələrini ayaqlar altına atan Fransanın belə canfəşanlığı heç bir nəticə vermir və daim iflasa uğrayır. Ən əsas səbəb, zənnimizcə, Azərbaycanın haqlı mövqeyi, beynəlxalq prinsiplərə əsaslanan siyasət həyata keçirməsidir. Ermənistanın və onun havadarlarının beynəlxalq birliyi aldatmaq cəhdləri bumeranq effekti verərək özlərinə zərər gətirir.

Fransa ilə Ermənistanın münasibətləri o qədər sıcaqdır ki, onlar bir-birlərinə bacı deyirlər. Bu, onların öz işidir, bir-birlərini necə istəsələr, çağıra bilərlər. Diqqəti çəkən isə odur ki, deyəsən, böyük bacı Fransa da kiçik bacısı sandığı Ermənistana verdiyi əhdinə xilaf çıxmağa başlayıb. Müşahidə edilən proseslər belə qənaətə gəlməyə əsas verir. Parlament, BMT rüsvayçılığından sonra Fransa kiçik bacısının könlünü almaq cəhdində bulundu. Bir neçə gün bundan əvvəl Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive böyük heyətlə Ermənistana səfərə gəldi. Məğlub ölkədə bu səfərə bəslənən ümidlər böyük idi. Yenə də bacı ölkədən gələn qonaqların şərəfinə küçələrdəki, meydanlardakı əvvəlki Rusiya ilə xoş münasibətləri əks etdirən plakatlar çıxardılaraq yeniləri ilə əvəzlənmişdi. Bu dəfə İrəvanı E.Makronun portretləri, Ermənistan-Fransa bacılığını tərənnüm edən plakatlar bəzəyirdi. Gözlənilirdi ki, Yael Braun-Pive ermənilərin istəyinə tam uyğun gələn bəyanatlar səsləndirəcək və onların yanğısının üstünə su səpəcək. Belə olmadı. Yael Braun-Pivenin İrəvanda səsləndirdiyi və erməniləri məyus edən açıqlamalarından başa düşülür ki, Fransa əlahəzrət haqqın, ədalətin, beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunun fərqindədir. Fransa Milli Assambleyasının sədrinin İrəvanda baş tutan mətbuat konfransında verdiyi açıqlamalarda iki mühüm məqam diqqət çəkir:

1. Məsələnin sülh yolu ilə tənzimlənməsi imkanları tükənməyib,

2. Paris məhz beynəlxalq hüquq və normalara görə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilmir.

Böyük bacının bu məzmunlu açıqlaması həm Fransanın özünün, həm də kiçik bacı Ermənistanın cəhdlərinin iflasa uğradığının açıq etirafıdır. Həqiqəti belə çılpaqlıqla böyük bacı etiraf edirsə, Ermənistan daha nəyə ümid bəsləyə bilər?

Fransa parlamentinin spikerinin dilə gətirdiyi etiraflar Ermənistanda şok effekti yaradıb. Son günlərdə bu ölkənin “Qərbə inteqrasiya siyasətinin” də çat verdiyi barədə müzakirələr başlayıb. Gəlinən qənaət belədir: Qərb də Ermənistanı xilas edə, bataqlıqdan çıxara bilməyəcək. Bu reallıq fonunda Ermənistan hakimiyyəti cəmiyyətin sərt tənqidlərinə məruz qalır.

“İki millət, bir sivilizasiya” blefi

Belə görünür ki, konstruktiv siyasətdən uzaq düşən Ermənistan rəsmiləri söz oyunu ilə məşğuldurlar. Yael Braun-Pivenin Ermənistana səfəri zamanı “İki millət, bir sivilizasiya” deyimi dövriyyəyə buraxıldı. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb. Məqsəd aydın idi-qonağı məmnun etmək. Əslində, fransızların və ermənilərin hansı eyni sivilizasiyasından söhbət açmaq mümkündür? Tarixə qısa nəzər salsaq, görərik ki, fransızları və erməniləri birləşdirən mədəniyyət yox, daha çox barbarlıq, qəddarlıq, ilhaq siyasətidir. Paralellər aparaq:

1. Fransa XXI yüzilliklərdə belə imperialist maraqlarından əl çəkmir, müstəmləkəçilik siyasətini davam etdirməyə çalışır, azadlıq istəyən xalqları qan gölündə boğur, bu ölkənin silahlı qüvvələri Əlcəzairdə bir milyon yarım insanın qətlində günahkardır... Siyahını uzada da bilərik.

2. Ermənistan otuz il ərzində işğalçılıq siyasəti aparıb, 11 min kvadratkilometr ərazidə daşı-daş üstündə qoymayıb, bir milyondan çox insanı öz ev-eşiyindən didərgin salıb, Xocalı faciəsini törədib... Yenə də siyahı uzundur

Bütün bunlar mədəniyyət yox, vəhşilik və vandalizm əməlləridir. Alen Simonyan “İki millət, bir sivilizasiya” yox, “İki millət, bir vandalizm” desə, daha məntiqli və doğru olardı.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28