Yaz gəldi, amma qaz gəlmədi...
16.03.2023 [10:31]
Moldova enerji böhranında
Moldovada 2021-ci ilin payızından başlayan sosial-iqtisadi böhran getdikcə kəskinləşir. Ölkədə elektrik enerjisi və təbii qazın qiyməti ən yüksək həddə çatıb. Bu da öz növbəsində ərzaq və digər istehlak mallarının qiymətlərinin dəfələrlə artmasına səbəb olub. Ekspertlər ölkənin bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər.
Moldova Rusiyanın qaz və elektrik təchizatından asılı olan dövlətdir. Buna görə də 2022-ci ilin payızından ölkə ciddi enerji böhranı ilə üzləşib. Belə ki o vaxtdan Rusiyanın “Qazprom” şirkəti Moldovaya qaz satışını üçdə bir həcmə qədər azaldıb. Ukrayna isə müharibə ilə üzləşdiyindən qonşu ölkələrə, o cümlədən, Moldovaya qaz ixracını tamamilə dayandırıb. Beləliklə, son bir ildə Moldovada qazın bir kubmetrinin qiyməti təxminən 7 dəfə, elektrik enerjisinin qiyməti isə 4 dəfə artıb. Odur ki, kommunal xərclərin fantastik artımı əhali arasında xaosa və narazılığa səbəb olub.
Moldova hökuməti qiymət artımı ilə bağlı müəyyən tədbirlər planı hazırladığını, istehlakçılara əlavə müavinətlər ödəniləcəyini bildirib. Ölkədə iqtisadi vəziyyətin ağırlaşması xüsusilə rusiyameyilli qüvvələri fəallaşdırıb. Rusiyayönümlü partiyalar ölkənin bu duruma düşməsini hazırkı hökumətin balanslaşdırılmamış xarici siyasəti, açıq-aşkar qərbyönlü istiqamət götürməsi, bununla da ölkənin asılı olduğu Rusiyanı qıcıqlandırması ilə əlaqələndirirlər. Hazırda rusyönümlü “Şor” partiyasının da üzv olduğu “Xalq Uğrunda Hərəkat”ın üzvləri və tərəfdarları hökumət əleyhinə mitinqlər, yürüşlər keçirirlər. Aksiyalarda irəli sürülən əsas tələblər sırasında Rusiya hakimiyyəti ilə münasibətləri normallaşdırmaq və kommunal böhranı dayandırmaq kimi şüarlar səsləndirilir. Moskva ilə bağlılığını gizlətməyən müxalif qüvvələr əsasən “Şor” partiyasında cəmlənib.
Şor müxalifəti
Hazırda Moldovadakı etiraz aksiyalarında aparıcılıq edən “Şor” partiyası 2019-cu ildə ölkədən qaçmış iş adamı İlan Şora məxsusdur. İlan Şorun ölkədən qaçmağına səbəb 2014-cü ildə onun nəzarətində olan üç bankdan qeyri-qanuni olaraq 1 milyard dolların çıxarılmasında ittiham edilməsidir. Şor hazırda xaricdə yaşasa da, Kişinyovda baş verənləri izləyir və uzaqdan idarə etdiyi aksiyalar vasitəsilə hökumətə təzyiq göstərir.
Ötən il İlan Şor nümayəndə heyəti ilə birlikdə Moskvaya səfər edərək Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşmüşdü. İş adamı Rusiya rəhbərliyi ilə Moldovaya nəql edilən qazın qiymətinin azaldılmasını müzakirə etmişdi.
Əlbəttə, Moldovanın indiki qarışıq və başını itirmiş durumunda Rusiya yaranmış şəraitdən böyük məmnuniyyətlə istifadə etmək niyyətindədir. Yaxın ətrafında hər hansı avropayönümlü hökumət görmək istəməyən Kreml ölkədaxili iğtişaşlarla hakimiyyəti zorla dəyişmək təcrübəsini də işə sala bilər. Rusiya-Ukrayna müharibəsinin ilk aylarında ölkə mediasında Moldova hakimiyyətinin bu savaşa çox ehtiyatla yanaşdığı, mümkün qədər neytral mövqedə qaldığı, lakin rus ordusunun Buça, İrpen şəhərlərində törətdiyi müharibə cinayətlərindən sonra hökumətin antirusiya mövqeyinin sərtləşdiyi barədə yazılar dərc olunur.
Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrında Rusiya Moldovanın hava məkanını pozaraq ölkə üzərindən raket hücumu həyata keçirmişdi. Moldova Xarici İşlər Nazirliyi Moskvanın bu addımını ölkəsinə qarşı təhdid kimi qiymətləndirmişdi.
Dnestryanı: ehtiyat variant
Yeri gəlmişkən, Rusiyanın qonşu və ya ətraf ölkələrin ərazisində yaratdığı süni etnik münaqişə ocaqlarından biri də Moldovanın payına düşür. Rusiyanın dəstəyi ilə ölkə ərazisində separatçı Dnestryanı respublikası yaradılıb, bu da Moskvanın Moldovanı daimi təzyiq altında saxlamaq üçün istifadə etdiyi əsas vasitələrdən biridir.
Rusiya Kişinyovda daxili iğtişaşların alovlanmasında maraqlıdır. Böyük ehtimalla Kreml Moldova hakimiyyətini cəzalandırmaq niyyətindədir. Müşahidələrdən isə bu qənaətə gəlmək olar ki, Moldovada hazırkı vəziyyəti real dəyərləndirə biləcək insanların sayı çox azdır. Əhali nəyin bahasına olur olsun, yanacaq və enerji qiymətlərinin aşağı salınmasını tələb edir, loru dillə desək, kütlə hökuməti Putinin ayağına göndərməkdə israrlıdır. Moldova bu durumdan necə çıxacaq? Etirazlar nə ilə nəticələnəcək? Müəllifi Kreml olan “Şor ssenarisi” baş tutacaqmı? Hazırda Moldova mediasında müzakirə doğuran əsas məsələlər bunlardır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39

