Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Bayden yenidən prezident ola bilərmi?

Bayden yenidən prezident ola bilərmi?

29.11.2023 [11:08]

Amerika Birləşmiş Ştatları dünyanın supergüc dövlətlərindən biri olsa da, bu ölkənin dövlət başçısı Cozef Baydan barədə fikirlər birmənalı deyil. Xüsusilə vurğulanır ki, onun prezidentliyi ABŞ üçün uğurlu olmayıb. Eyni zamanda, C.Baydenin yalnız ali kürsüdə fəaliyyəti deyil, onun personası və səhhəti də ciddi müzakirə mövzusuna çevrilib. Belə müzakirələrdə də prezident üçün təsəlli ola biləcək hansısa rəylər eşidilmir. Əksinə, müxtəlif səviyyələrdə ifadə olunan fikirlərdən o qənaət hasil olur ki, artıq 81 yaşlı C.Bayden üçün qürub dövrüdür.

Ağ evin həkimlərindən bədbin proqnozlar

Bu günlərdə Ağ evdə bir neçə prezidentlə işləmiş  keçmiş həkim, respublikaçı konqresmen Ronni Cekson C.Bayden haqqında ifadə etdiyi bədbin proqnozları ilə gündəmə gəlib. “Fox News” telekanalına danışan keçmiş həkim C.Baydenin fiziki və psixi durumundan narahatlığını bildirib. “Mən Co Bayden prezidentliyə namizəd olanda bir müddət israr etdim ki, onun bu işi görmək üçün idrak qabiliyyətinə malik olduğunu düşünmürəm. Həkimin sözlərinə görə Bayden son üç il ərzində “deqradasiyaya uğrayıb”. Cekson vurğulayıb: “Dövlət başçısının ətrafında onun növbəti müddətə namizədliyini yersiz dəstəkləyən insanlar var. Ancaq sərhədimiz, xarici müharibələrimiz, iqtisadiyyatımız, bilirsiniz, bu, indi sadəcə, bir fəlakətdir... Və o, sadəcə olaraq, işini görə bilmir. Ötən hər gün məlum olur ki, o, artıq bu işi görməyə qadir deyil. Bayden hazırkı vəziyyətdə baş komandan vəzifəsini icra edə və yenidən seçilmək üçün namizəd ola bilməz”.

Qeyd edək ki, Ronni Cekson C.Baydenin səhhəti ilə bağı bədbin danışan yeganə mütəxəssis deyil. “Prezident əsadan istifadə etməlidir”. Bunu Ağ evin digər bir keçmiş tibbi müşaviri Conatan Rayner C.Bayden səhnədə növbəti dəfə yıxıldıqdan sonra deyib. Həkim qeyd edib ki, dövlət başçısının səhhəti ilə bağlı vəziyyət kənardan ürəkaçan görünmür. O əlavə edib ki, insanlar, xüsusilə yaşlılar tez-tez yıxılırlar.

Conatan Raynerin fikrincə, Baydenin sərt və səndələyərək yeriməsi artrit xəstəliyi ilə bağlı ola bilər. O bildirib ki, bu xəstəlik zamanı büdrəyərkən tarazlığı qorumaq çətindir. “Prezidentə çox diqqətli olmağı məsləhət görərdim, qeyri-sabit səthlərdə əsadan istifadə etmək pis fikir olmaz”, - deyə həkim Baydenə tövsiyə verib. Onun sözlərinə görə, bu fikir nüfuzu baxımından Baydenin xoşuna gəlməyəcək. “Amma yıxılmaq daha pis görünür”, - deyə həkim qeyd edib.

Xatırladaq ki, Prezident C. Bayden sonuncu dəfə Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimi zamanı büdrəyərək yıxılıb. Bununla bağlı görüntülərdə mavi papaqlı 80 yaşlı Baydenin yıxıldıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda ayağa qaldırılması əks olunub.

Yuxulu prezident

Bir neçə gün bundan əvvəl - noyabrın 20-də 81 yaşı tamam olan Cozef Bayden 2020-ci ilin sonlarında baş tutan prezident seçkilərində 290 səs qazanaraq Demokrat Partiyasının namizədi kimi ABŞ-ın 46-cı prezidenti olub. Donald Trampın səslərinin sayı isə 214 olub. C.Bayden dövlət başçısı kimi fəaliyyətə 2021-ci il 20 yanvar tarixində başlayıb.

Bəhs olunan seçkilər dünyada və ABŞ-ın özündə heç də demokratiyanın təntənəsi kimi dəyərləndirılmir.  Donald Tramp açıqlamasında Baydenə mətbuatda olan müttəfiqlərinin kömək etdiyini və onların həqiqətin ortaya çıxmasını istəməkdiklərini deyib.

Seçkilərlə bağlı müzakirələr tezliklə arxa plana keçdi və ABŞ-ın tarixində qoca prezident dövrü başladı. Əlbəttə, Amerika Birləşmiş Ştatlarının dövlət siyasətinin yalnız prezident tərəfindən müəyyənləşdirildiyi fikrini ifadə etmək mümkün deyil. Ən azından ona görə ki, ABŞ oturuşmuş dövlətdir və burada dövlət siyasətinin prioritet istiqamətləri cavabdeh institutlar tərəfindən formalaşdırılır. O başqa məsələdir ki, bütün ölkələrdə olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da prezidentin şəxsi keyfiyyətləri və strateji baxışları dövlət siyasətinin effektivliyinə özünün böyük təsirini göstərir. Bu mənada, son üç ildə dünya nəhəngi ABŞ-ın dövlət siyasətində “Bayden xəttinin” nəzərə çarpdığını söyləmək çətindir.

Əvəzində C.Baydenin tez-tez bir sıra kuryoz hadisələrlə gündəmə gəldiyinin şahidi oluruq. Xatırlayaq: C.Baydenin ilk kuryozu elə prezident seçkiləri dönəmində baş verdi. O, “prezident seçkiləri” əvəzinə, “senat seçkiləri” ifadəsini işlətməklə rəqiblərini sevindirdi, tərəfdaşlarını məyus etdi. Bundan sonra C.Bayden həyat yoldaşı ilə bacısını səhv salmaqla gündəm oldu. Onun təyyarə traplarında  və ictimai yerlərdə  büdrəməsi adi hala çevrilib.  C.Baydenin Amerikada COVID-19-un statistikasından danışarkən ABŞ əhalisinin üçdə iki hissəsinin bu xəstəlikdən “ölməsi” faktını dilə gətirməsi, rəsmi və qeyri-rəsmi görüşlərdə hərəkət xəttini səhv salmaqla təhlükəsizlik xidmətinin əməkdaşlarını çətin vəziyyətə salması və bu kimi digər hadisələr Amerikada “baydenizm” termininin meydana gəlməsinə səbəb olub. Məhz bu kimi kuryozlara işarə edən D.Tramp onun barəsində “yuxulu Co” ifadəsini işlədərək onun 6 yaşlı uşaq səviyyəsində dərrakəyə malik olduğunu bildirib.

Reytinqi yerlə sürünən dövlət başçısı

Bundan əvvəl “Politico” nəşri bildirmişdi ki, demokrat prezident C.Baydenin partiya üzvləri hazırkı prezidentin yaşından, həmçinin onun iqtisadi islahatlarının qeyri-populyarlığından və seçicilər arasında keçmiş dövlət başçısı Donald Trampdan daha aşağı bəyənmə reytinqindən narahatdırlar.

C.Baydenin reytinqinin aşağı düşdüyünü sosioloji sorğular da təsdiqləyir. “NBC News”un dərc etdiyi sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 57 faizi ABŞ prezidenti C.Baydenin bu postda fəaliyyətini bəyənmir. Əhalinin böyük əksəriyyəti onun xarici siyasət idarəsini, xüsusən də Fələstin-İsrail münaqişəsinə yanaşmasını bəyənmədiyi üçün Amerika liderinin reytinqi indiyədək ən aşağı səviyyəyə - 40 faizə düşüb.

Sorğu noyabrın 10-dan 14-dək qeydiyyatdan keçmiş 1000 amerikalı seçici arasında aparılıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29