Prosesi “masaya” keçirmək üçün...
16.02.2024 [10:42]
ABŞ ilk növbədə Ukraynaya silah göndərməyi dayandırmalıdır
BMT Təhlükəsizlik Şurasının fevralın 12-də keçirilən iclasında əsas mövzu Rusiya-Ukrayna müharibəsi oldu. İclasda Rusiyaya qarşı sərt tədbirlərin görülməsini dəstəkləyən ölkələrlə yanaşı, şimal qonşumuzu müdafiə edənlər də tapıldı. Toplantıda Çinin BMT-dəki daimi nümayəndəsi Rusiyanı dəstəkləyərək Qərbi Ukraynanı “silahla doldurmamağa” çağırıb. O, ABŞ və Avropaya Minsk razılaşmalarının həyata keçirilməsinin zəruriliyini də xatırladıb.
“Ukraynanı silahlandırmağı dayandırın!”
Çinin BMT-dəki daimi nümayəndəsi Zanq Yunun sözlərinə görə, münaqişənin diplomatik yolla həllinə nail olmaq üçün ABŞ ilk növbədə Ukraynaya silah göndərməyi dayandırmalıdır: “Bəzi ölkələr ocağa yanacaq tökməyə dərhal son verməli və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dayandırmalıdır”. Aydındır ki, “bəzi ölkələr” dedikdə Çin nümayəndəsi ilk növbədə Birləşmiş Ştatları nəzərdə tutur.
Tamamilə anlaşılandır ki, Çinin bu mövqeyi Kremlin münaqişənin diplomatik həllinə maraq göstərdiyi bir zamanda səslənir. Ukrayna isə öz növbəsində Rusiya qoşunlarının nəzarətində olan ərazilərini geri qaytarmaq üçün növbəti əks-hücum əməliyyatına başlamağı planlaşdırır. Yeni hərbi əməliyyatlara başlamaq üçünsə Kiyevin xaricdən əlavə maliyyə dəstəyinə ehtiyacı var. Analitiklər bildirirlər ki, Çin rəsmi olaraq Rusiyaya hərbi dəstək vermir, lakin bu ölkənin maliyyə yardımı Kremlə silah istehsal etməyə və hərbi ehtiyacları ödəməyə imkan verir.
Sözügedən tədbirdə Çin münaqişə tərəflərini 2014-cü ildə əldə olunmuş Minsk razılaşmasını qarşılıqlı surətdə həyata keçirməyə çağırıb. “Bir ölkənin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyini riskə atmaq hesabına təmin edilə bilməz və hərbi qrupların gücləndirilməsi, hətta genişləndirilməsi fonunda regional təhlükəsizlik, sülh mövcud ola bilməz. Bütün ölkələrin təhlükəsizlik maraqları bərabərdir”, - deyə Çinin BMT-dəki daimi nümayəndəsi Zanq Yun bildirib.
Çin rəsmisi eyni zamanda NATO-nu da kəskin tənqid edib: “İndiki zamanda NATO təzyiq, böhtan və birtərəfli sanksiyalarla məşğul olmalı deyil, alyans mübahisələrin həllində dialoq və məsləhətləşmələrə, bir sözlə, münaqişənin siyasi yolla həllinə doğru aparan istiqamətə üstünlük verməlidir. NATO ümumiyyətlə mümkün qədər az güc tətbiq etməlidir. Bu təşkilat güc mifindən ayılmalı və dayanmalıdır. Təəssüf ki, NATO əksini edir, qarşısındakını müharibə ilə hədələyir, zorakı tələblər irəli sürür”.
Kiyev xarici yardımdan asılı vəziyyətdə
Bu arada ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketlərini nəzərdə tutan 95,3 milyard dollarlıq xarici maliyyələşdirməyə dair qanun layihəsini təsdiqləyib. CNN xəbər verir ki, senatorlar Ukraynaya 60,06 milyard dollar məbləğində əlavə yardımın ayrılması məsələsinə bir daha baxacaqlar. Lakin ekspertlər bildirirlər ki, Ukraynanın itirdiyi əraziləri geri qaytarması üçün ölkəyə maliyyə yardımlarının ayrılması çox vacibdir.
“Qərbin hərbi yardımları olmasa, Ukraynanın 2025-ci ildə irimiqyaslı hücum əməliyyatlarını uğurla həyata keçirmək şansı optimist diapazonun xaricindədir. Bu da öz növbəsində Ukrayna və onun müttəfiqləri üçün fərqli uzunmüddətli strategiya qurmağı tələb edir”, - bu sözləri Karnegi Fondunun Rusiya-Avrasiya Proqramının direktoru Eygen Rumer məsələyə dair açıqlamasında dilə gətirib. “Beləliklə, Qərb Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlı kimi görünür”, - deyən direktor fikrini belə tamamlayıb.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09

