Ötən ay Ukrayna 116 kvadratkilometr ərazini azad edib
03.05.2026 [23:16]
Bu ilin aprel ayında Rusiya silahlı qüvvələri cəbhədə mənfi dinamika nümayiş etdirib. Belə ki, Rusiya ordusu nəzarəti altında olan bəzi əraziləri itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu hesabatında qeyd edib.
Hesabata görə, Rusiya ordusu bir ay ərzində 116 kvadratkilometr əraziyə nəzarəti itiriblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində əməliyyata başladığı 2024-cü ilin avqustundan bəri ilk haldır.
Hesabatda qeyd olunur ki, Rusiya ordusunun geriləmə tempi 2025-ci ilin noyabr ayından bəri davam edir. Ukrayna Silahlı Qüvvələri uğurlu quru əks-hücumları həyata keçirir. Dəqiq orta mənzilli zərbələr logistikanı pozur. Rusiya hücum etməyi planlaşdırdığı yerdə müdafiə olunmağa məcburdur.
Rusiyanın problemlərinin konkret səbəbləri var. Rusiya hərbi maşını daxili və xarici amillər səbəbindən zəifləməyə başlayıb. Rusiya ordusunun döyüş qabiliyyətinə əsas zərbələr 2026-cı ilin fevral ayında Ukraynanın anbarlara və qərargahlara olan sarsıdıcı hücumlarında göstərilir. Bu amillər Rusiya ordusunun onsuz da xroniki problemlərini daha da pisləşdirib. Hesabatda qeyd olunur ki, sabit rabitə olmadan hücumun əlaqələndirilməsi demək olar ki, mümkün deyil.
Təbiət də Ukrayna hərbçilərinin “tərəfində” olub. Bu qış əvvəlkindən daha sərt olub və Ukraynanın şərqində temperatur daha aşağı, yağıntı xeyli yüksək idi. Hazırda cəbhədə "yolsuzluq şəraiti" müşahidə olunur. Əriyən qar və yaz yağışları torpağı nəqliyyat vasitələri üçün tələyə çevirib. Bununla da rus mexanikləşdirilmiş bölmələri palçıqda sadəcə ilişib qalıb. İnstitut analitikləri qeyd edirlər ki, ruslar adətən torpaq quruyanda may ayında fəaliyyəti bərpa etməyə çalışırlar. Lakin, bu dəfə kifayət qədər resursa sahib olub-olmayacağı böyük sual doğurur..
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

